Modern.az

Trampın Putin və digər dünya liderləri ilə danışıq tərzi AÇIQLANDI

Trampın Putin və digər dünya liderləri ilə danışıq tərzi AÇIQLANDI

Dünya

30 İyun 2020, 10:36

 ABŞ mətbuatı prezident Donald Trampın xarici ölkə liderləri ilə danışıq üslubunu araşdırıb.

Moder.az CNN-ə istinadən xəbər verir ki, Ağ Evdəki bəzi adı açıqlanmayan şəxslərin sözlərinə görə, Tramp bəzi xarici liderlərlə təhqiredici tonda söhbətlər aparır.

 

Məsələn, Tramp Böyük Britaniya baş naziri Tereza Mey və Almaniya kansleri Angela Merkellə çox sərt danışıb. Meyi o, “cəsarətsizlik”də, Merkeli isə “axmaq” olmaqda ittiham edib.

CNN-nin məlumatına görə, Tramp xarici liderlərlə görüş zamanı özü barədə çox danışmağa üstünlük verirdi. Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Şimali Koreya lideri Kim Çen Inla görüş zamanı ABŞ prezidenti daha çox öz şəxsi sərvəti və prezident postundakı uğurlarını barədə danışıb.

 

Rusiya prezidenti Vladimir Putinlə isə digər liderlərdən fərqli olaraq, yumşaq tonda danışan Tramp Putin sələfi Obamanın “zəif” və “imbesil” olduğunu deyib.

ABŞ liderinin ən çox danışıq apardığı şəxslərin Türkiyə prezidenti Ərdoğan və Fransa prezidenti Makron olduğu vurğulanır. CNN Makronla Trampın danışıqlarının çox vaxt mübahisəyə çevrildiyini, Fransa liderinin Trampın iqlim dəyişikliyinə münasibətini tənqid etdiyini, cavabında isə Trampın Avropa ölkələrinin NATO-ya az pul xərclədiyini, miqrantlara qarşı çox liberal olmasını qınaq kimi irəli sürdüyünü yazır. Ərdoğanla danışıqlarda isə TrampınYaxın Şərqin tarixi ilə bağlı ciddi səhvlıər buraxdığı qeyd olunur.

CNN-nin fiktincə, Putinlə danışıqlarda Rusiyanın dünyadakı rolunu şişirdən Tramp “Soyuq müharibə”nin bitməsindən bəri Vaşinqtonun qazandığı böyük üstünlüyü heçə endirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü