Modern.az

Qəzetlərə maliyyə yardımı ayrıldı - SİYAHI

Qəzetlərə maliyyə yardımı ayrıldı - SİYAHI

4 İyul 2020, 18:47

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi məqsədilə 16 iyun 2020-ci il tarixində elan edilmiş müsabiqə başa çatıb.

Fonddan Modern.az-a verilən məlumata görə, müsabiqə Qaydalarına uyğun olaraq “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nda təsbit olunmuş sahələr üzrə layihə-təkliflər təqdim etmiş qəzet redaksiyalarının müraciətlərinə baxılıb və 18 qəzet aşağıda göstərilən sahələr üzrə qalib elan olunub.

Müsabiqənin nəticələrinə əsasən, bir sıra dəyişiklər baş verib. Belə ki, yanvar ayından həftədə 3 dəfə nəşr olunan “525-ci qəzet” və “Şərq” qəzetləri artıq öz nəşrlərinə gündəlik olaraq davam edəcəklər. KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin “Mövqe” qezetinə isə maliyyə yardımı tamamilə dayandırılıb. Eyni zamanda Xoşqədəm Hidayətqızının baş redaktoru olduğu “Üç nöqtə” qəzeti müsabiqədən kənarda qalıb. Yunus Oğuzun baş redaktoru olduğu “Olaylar” isə fəaliyyətinə həftəlik qəzet olaraq davam etməli olacaq.:

Qəzetin adı

Qalib elan olunduğu sahə

1.

“Yeni Azərbaycan” qəzeti - 
20 min manat

1) Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi

2) Azərbaycançılıq ideyasının təbliği

3) Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

2.

“Səs” qəzeti- 
20 min manat

1) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

2) Azərbaycançılıq ideyasının təbliği

3) Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

3.

“Şərq” qəzeti

1) Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

2) İctimai və dövlət maraqlarının müdafiəsi

3) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

4.

“525-ci qəzet”-
20 min manat

1) Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

2) Gənc nəslin milli mənlik süurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

3) Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

5.

“Yeni Müsavat” qəzeti - 
20 min manat

1) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

2) Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşkili

3) Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

6.

“Bakı-Xəbər” qəzeti - 
20 min manat

1) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

2) Azərbaycançılıq ideyasının təbliği

3) Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

7.

“Azernews” qəzeti - 10 min manat

1) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

2) Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi

8.

“Novoye Vremya” qəzeti - 10 min manat

1) Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşkili

2) Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

9.

“Xalq Cəbhəsi” qəzeti - 10 min manat

1) Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

2) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

10.

“Hürriyyət” qəzeti -
10 min manat 

1) İctimai və dövlət maraqlarının müdafiəsi

2) Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

11.

“Ədalət” qəzeti -
10 min manat

1) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

2) Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

12.

“Azad Azərbaycan” qəzeti - 5 min manat

1) Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

13.

“Türküstan” qəzeti -
5 min manat

1) Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

14.

“Olaylar” qəzeti - 
5 min manat

1) Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

15.

“Paralel” qəzeti - 
5 min manat

1) Ekologiya və ətraf mühitin müdafiəsi

16.

“Unikal” qəzeti -
5 min manat

1) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

17.

“Həftə içi” qəzeti -
5 min manat

1) Ekologiya və ətraf mühitin müdafiəsi

18.

“Nedelya” qəzeti - 
5 min manat

1) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

 

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı