Modern.az

Dünyanın ən kiçik heykəli

Dünyanın ən kiçik heykəli

5 İyul 2020, 12:37

Amerikalı fizik-rəssam-eksperimentator Conti Qurvits dünyada ən kiçik orijinal heykəl yaradıb.

 

Modern.az "SKY"a istinadla bildirir ki, inamın alleqorik təsviri olan qadın fiqurunun ölçüsü 80x100x20 mikrondur. Onu iynə dəliyində yalnız elektron mikroskopunun köməyi ilə görmək mümkündür. 100 mikron hündürlüyündə olan qadın fiquru dünyanın ən kiçik heykəli elan edilib.

 

Dünyada bundan əvvəl də çox kiçik ölçülü heykəllər hazırlanıb. Lakin onlar qadın fiquru ilə müqayisədə nəhəng ölçüdədir. Belə fiqurlardan biri də Tayvanda hazırlanan pələng heykəlidir. Sənətkar pələng ilinin şərəfinə hazırladığı heykəli ərsəyə gətirmək üçün 3 ay gündə 4 saat işləyib.

 

Onun sözlərinə görə, ən çox pələngin qırmızı rəngdə olan dilini hazırlayanda əziyyət çəkib. Heykəlin hündürlüyü 1 millimetrdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir