Modern.az

Müəllim olmaq arzusunda olanların nəzərinə - müsahibələr bu tarixdə keçiriləcək

Müəllim olmaq arzusunda olanların nəzərinə - müsahibələr bu tarixdə keçiriləcək

Aktual

9 İyul 2020, 14:52

İyulun 10-da dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan, ötən müsahibələr zamanı iştirakını təsdiq etməyən 64 namizəd üçün onlayn müsahibələr keçiriləcək. 

 

Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. 

 

Bildirilib ki, namizədlərin onlayn müsahibədə iştiraklarını təsdiqləmələri ilə bağlı qeydiyyat prosesi 8 iyul saat 23:59-da başa çatıb.

 

Namizədlərin şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi və saatı barədə məlumat göndərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu