Arxiv
10 İyul 2020, 15:23 | MEDİA
Etibarsız - Etibar Cəbrayıloğlu yazır

Etibar Cəbrayıloğlu

Az.TV-nin maraqlı görünən verilişlərinin sonundakı titrlərdə onun-adaşımın adını axtarırdım həmişə. Əksər hallarda da gözlədiyim baş verirdi, verilişin quruluşçu rejissoru və ya layihənin bədii rəhbəri kimi məhz Etibar Babayevin adını yazılırdı.

Mən həyatda üzünü görmədiyim adaşımın uğurlarına sevinməkdə, o da yeni yaradıcılıq axtarışlarında idi.

Həmişə də elə bilirdim ki, adaşım yaşca məndən bir neçə bayram böyükdür. Az.TV kimi böyük kollektivə bədii rəhbər təyin edildiyini, Əməkdar incəsənət xadimi fəxri adını aldığını eşidəndə də Etibar Babayevlə aramızda bir xeyli yaş fərqi olduğunu düşünmüşdüm. Amma illər keçdi və onu yaxından tanıyandan sonra bildim ki, adaşla həm də yaşıdıq.

Söz vaxtına çəkər, 2013-cü ilin isti iyul günlərinin birində iki adaşın görüşü baş tutdu, məlum oldu ki, qismətimizdə "Jurnalistlər binası”nda qonşu olmaq var imiş. Püşk bizi bir az da yaxın etmişdi, hər ikimizə eyni blokdan mənzil hədiyyə olunmuşdu.

Bəzən zarafata salıb deyirdim ki, püşk balansı pozub, bir blokda iki Etibar xeyli sıxlıq yaradır, gərək biz adaşları ayrı-ayrı bloka salaydı. Hər dəfə də zarafatıma sakit, özünəməxsus gülüşü ilə cavab verərdi.


Etibar Babayevin özünün də, ailə üzvlərinin də çöhrəsində həmişə təbəssüm olardı. Hər səhər onların təbəssümləri, xoş rəftarı ilə qarşılamaq insanda pozitiv hisslər oyadırdı. Bu mehriban ailə- adaşım, ömür-gün yoldaşı Səyyarə xanım, övladları Səid və Saniyyə qonşularla nəzakətli, kübarcasına davranırdı. Səyyarə xanım son iki ildə iki ağır itki ilə qarşılaşdı, ötən il atasını-Xalq rəssamı Altay Hacıyevi, bir neçə gün öncə isə ömür-gün yoldaşını itirdi.

Heç vaxt rastlaşmadığımız çətinliklə üz-üzəyik. Amansız, bədheybət COVİD-19-un addım səsləri son vaxtlar daha yaxından eşidilincə doğmalarımızın, ətrafımızdakı insanların səhhətindən narahatlıq keçirir, hər fürsətdə onları daha diqqətli olmağa çağırırıq. Adaşla bir neçə gün idi görüşmürdük, hər yay mövsümündə bağda qaldıqlarını nəzərə alıb təlaşa səbəb görmədim. Təzə-təzə öyrənməyə başladığım sosial şəbəkə vasitəsi ilə yazışıb bir-birimizə səhhətimizə fikir verməyi, yaxınlarımızı qorumağı tövsiyə elədik.

Bir neçə gün sonra dəyərli həmkarım Mintac Elsevərin gecənin bir aləmi lənətə gəlmiş sosial şəbəkədən paylaşdığı xəbər hamını şoka saldı. Dostlar, qohum-qonşular, iş yoldaşları, adaşımı qiyabi tanıyan tamaşaçıları Etibarsız qaldıqlarına inana bilmirdilər.

Yaxın dostum, istedadlı televiziya rejissoru Nadir Diridağlının səhər tezdən telefondakı kədərli səsi indi də qulaqlarımdadır: "Etibarla Az.TV-dəki iş otaqlarımız yanaşı idi, evdən televiziyaya gələnə kimi yolboyu yalvarırdım ki, acı xəbər yalan çıxaydı. Gəlib kabinetini boş görəndə bütün ümidlərim öldü...”

Adaşım etibarsızlıq elədi, qəfil xəstəliyin üzünə xoş baxdı, arzularını, Səidlə, Saniyyə ilə bağlı xəyallarını, yaradıcılıq planlarını və özünəməxsus təbəssümü götürüb həmişəlik getdi. Bizi Etibarsız qoydu...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İspaniya millisi Polşa səddini keçə bilmədi 20 İyun 2021, 00:58 Şəmkir sakini özünü asdı 20 İyun 2021, 00:51 Gürcüstanda zəlzələ oldu 20 İyun 2021, 00:34 "Qalatasaray"a yeni prezident seçildi 20 İyun 2021, 00:30 Dağıstandan Bakıya aviareyslər açılır 20 İyun 2021, 00:14 Bu gün Bakıda avtobuslar İŞLƏYƏCƏK 20 İyun 2021, 00:01 Britaniyada yoluxma sürətləndi 19 İyun 2021, 23:50 Xəzərdə batmaqda olan 3 nəfər xilas edildi 19 İyun 2021, 23:36 İstanbulda fabrikdə güclü yanğın - VİDEO 19 İyun 2021, 23:25 Qazaxda yol qəzası 19 İyun 2021, 23:11 Cəlilabadda meşədə yanğın - FOTO 19 İyun 2021, 22:59 Samuxda gənc müəllim intihar etdi 19 İyun 2021, 22:45 "4 ildir gözlədiyimiz turnirlə erkən vidalaşmaq istəmirik" - Şenol Günəş 19 İyun 2021, 22:37 4 uşaq anası “Mən özümü Kürə atacam” yazıb intihar etdi 19 İyun 2021, 22:22 Oğuzda yol qəzası - xəsarət alan var 19 İyun 2021, 22:08 Ronaldolu Portuqaliya Almaniyaya uduzdu 19 İyun 2021, 21:53 Türkiyədə virusdan gündəlik ölənlərin sayı azaldı 19 İyun 2021, 21:47 Naftalanda sanatoriyada istirahət edən kişi qəflətən öldü 19 İyun 2021, 21:33 "Barselona" yeni hücumçu aldı 19 İyun 2021, 21:24 Finalda erməniyə qalib gələn güləşçimiz Avropa çempionu oldu - FOTO 19 İyun 2021, 21:11 Ermənistanda seçicilərə rüşvət verən deputatlığa namizəd saxlanıldı 19 İyun 2021, 20:58 Kürdə gənc qadın batdı 19 İyun 2021, 20:43 Putin Şoyqu və Lavrovu deputat görmək istəyir 19 İyun 2021, 20:28 Macarıstan millisi dünya çempionu ilə heç-heçə etdi 19 İyun 2021, 20:15 Rəsmi Bakıdan Ermənistana CAVAB 19 İyun 2021, 20:07 İstanbulda zəlzələ olub 19 İyun 2021, 18:39 Prezident TƏSDİQLƏDİ – Sosial sığorta şəhadətnaməsi ləv olunur 19 İyun 2021, 18:17 İlham Əliyev İranın yeni seçilmiş prezidentini təbrik edib 19 İyun 2021, 17:57 Ermənistanın Azərbaycana qarşı mina şantajı – Partiya sədrindən REAKSİYA 19 İyun 2021, 17:44 Şuşa Bəyannaməsi ölkəmizdəki siyasi birliyi daha da möhkəmləndirəcək 19 İyun 2021, 17:31 Bir gündə 40 min çox peyvənd VURULDU 19 İyun 2021, 17:23 Yoluxma sayı bu gün də azaldı: ölən yoxdur 19 İyun 2021, 17:19 İranda seçkilərin rəsmi nəticələri elan olundu – Rəisi prezidentdir 19 İyun 2021, 17:15 Ermənilərin seçimi kim olacaq: Paşinyan yoxsa Koçaryan? - ŞƏRH 19 İyun 2021, 17:07 Putin ən çox etibar etdiyi 5 partiyadaşının adını SADALADI 19 İyun 2021, 16:39
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?