Arxiv
23 İyul 2020, 12:12 | HADİSƏ
Los-Ancelesdə yaşayan azərbaycanlı: “Gördüm ki, erməninin biri üzümə alışqan yandırıb atır”

İyulun 21-i ermənilər Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər.

Lakin onlar gözləmədikləri halda, Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri önə çıxaraq, onların bu təxribatına mane olublar. Çoxlu sayda erməninin qarşısına çıxan azərbaycanlıların bu cəsarətindən hiddətlənən və məqsədlərinə nail ola bilməyən radikal erməni daşnakları həmyerlilərimizə qarşı zorakılıq və aqressiya nümayiş etdirməyə başlayıblar. Belə ki, onlar idarə etdikləri avtomobillərdən azərbaycanlılara təhqirlər yağdırıblar və onlardan bir neçəsi avtomobillərini həmyerlilərimizin üzərinə sürməyə çalışıb. Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün Los Anceles Polis idarəsinin əməkdaşları onların ətrafına düzülüb.

 

Baş verən hadisələri görən və ermənilərə qarşı açıq etiraz edən vətəndaşlarımızdan biri aksiya ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb. Təhlükəsizlik səbəbindən adının gizli saxlanılmasını istəyən həmyerlimizin sözlərinə görə ermənilər etiraz aksiyasına əvvəlcədən xüsusi hazırlaşıblar və iyulun 20-si aksiyanın birinci mərhələsi olub:

 

"İyulun 20-si də ermənilər aksiya keçirmək üçün Los Ancelesdə bizim konsulluğun qarşısına yığışmışdılar. Amma onda təqribi 500-ədək erməni var idi bizdən isə cəmi 5-10 nəfər yığılmışdı. O balaca bir aksiya idi və orda aqressiv hal yaşanmadı. 21 iyulda olan aksiyadan qabaq onlar demək olar ki, burda yaşayan bütün ermənilərə xəbər vermişdilər ki, aksiya olacaq, bununla bağlı sosial şəbəkələrdə yaxşı təbliğat da aparmışdılar. Yəni belə deyim əvvəlcədən silahlanmışdılar. Biz də o paylaşımları gördükdən sonra onlara cavab olaraq yığılmaq qərarına gəldi. Biz günorta saat 1-2 arası 20 nəfər olmaqla bir yerə yığışıb, konsulluğumuzun qarşısında dayandıq. Aksiyaya başlayanda erməni tərəfdən maksimum 500 nəfər var idi. Bayraqlarımızı, plakatlarımızı qaldıran kimi onlar başladı bizə aqressiya göstərməyə. Belə olanda da polis dedi ki, siz küçənin bir tərəfində dayanın ermənilər də bir tərəfində. Biz küçənin başqa tərəfinə keçəndə artıq gördük ki, 100-ə yaxın erməni bir araya gəldi. Onda artıq bizim sayımız 30-50 arası idi, yəni bundan çox olmazdı. Artıq biz yolun digər tərəfinə keçəndə onlar başladılar üzərimizə su şüşələri, müxtəlif əşyalar atmağa. Polis bunu görən kimi onların qarşısını kəsməyə başladı. Amma polis də onlarla bacarmadı, başladılar üzərimizə hücum çəkməyə.

Sizi inandırım ki, qarışıqlıq düşəndə gördüm ki, erməninin biri üzümə alışqan yandırıb atır tez başımı çevirdim. Necə deyim, ermənilər heyvan kimi davranırdılar. Biz isə çalışırdıq ki, heç bir aqressiya göstərməyək və əslində dünyaya çatdıraq ki, kimdir işğalçı, kimdir aqressiv. 4 nəfər vətəndaşımızı ciddi şəkildə döydülər, onlar indi xəstəxanadadır, birinin vəziyyəti ağırdır. Bilirsiniz, 50 nəfərin qarşısında minlərlə insanın olmağı təbii ki, çətin məsələdir, amma buna baxmayaraq biz öz etirazımızı onlara bildirirdik. Məsələnin ironiyalı tərəfi də odur ki, ABŞ polisi o qədər aqressiv hərəkətlər törədən, bizə hücum edən ermənilərdən yalnız ikisini nəzarət altına alıb apardı. Ermənilər bu cür dava-dalaş salmaqlarına baxmayaraq bizi dünyaya aqressiv, işğalçı kimi tanıtmaq istəyirdilər. Onların sayı burda yüz minlərlədir, amma Los Ancelesdə azərbaycanlılar çox azdır, buna görə erməni lobbisi bizə qarşı bu cür münasibət sərgiləyə bildi".

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Özbəkistan Qarabağda bir məktəbi bərpa edəcək   11 Aprel 2021, 14:02 Türkiyə İtaliyadan vertolyot alışını dayandırdı 11 Aprel 2021, 13:55 Çayxanada şənlik təşkil edənlər cərimələnib 11 Aprel 2021, 13:52 Putin yenə hədələyir: Qərb hazır olmalıdır 11 Aprel 2021, 13:42 Ermənilər Ağdamı addım-addım məhv ediblər - Prezidentin köməkçisi 11 Aprel 2021, 13:15 Türk Şurasının nümayəndəsi Ağdamdan UNESCO-ya səsləndi: “Buna göz yumulmamalıdır” 11 Aprel 2021, 13:00 Vətən müharibəsi bizi həsrətlə gözlədiyimiz Qarabağ torpaqlarına qovuşdurdu 11 Aprel 2021, 12:52 Türkiyə İtaliyadan helikopter alışını dayandırdı 11 Aprel 2021, 12:45 Koronavirusa yoluxanlara Ramazan TÖVSİYƏLƏRİ 11 Aprel 2021, 12:37 Türk Şurasının rəsmiləri Ağdam Cümə məscidini ziyarət ediblər - FOTOLAR 11 Aprel 2021, 12:30 Rusiyada pandemiya qurbanlarının sayı 103 minə çatdı 11 Aprel 2021, 12:22 Türk Şurasının nümayəndə heyəti Ağdamda İmarət qəbiristanlığında olublar - FOTOLAR 11 Aprel 2021, 12:15 “Bəzi türk dövlətləri müharibə zamanı Azərbaycanı dəstəkləməyə cəsarət etmədi” - Sabir Rüstəmxanlı 11 Aprel 2021, 12:07 Şimşək, yağış, dolu... - Sabahın hava PROQNOZU 11 Aprel 2021, 12:00 Hacıqabulda 29 yaşlı qadın özünü gölə atdı 11 Aprel 2021, 11:52 DİM imtahan keçirir 11 Aprel 2021, 11:44 İctimai yerdə gəzən daha bir koronavirus xəstəsi YAXALANDI 11 Aprel 2021, 11:37 Ermənistanda koronavirusdan ölənlərin sayı 3800-ə çatır 11 Aprel 2021, 11:30 Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb - FOTOLAR 11 Aprel 2021, 11:23 Naftalanda toy edənlər cərimələndi 11 Aprel 2021, 11:17 Türkiyənin Ukraynanı dəstəkləməsi Ərdoğan-Putin münasibətlərini pozacaq? - ŞƏRH 11 Aprel 2021, 11:10 Koronavirusdan sağalanlarda üzə çıxan DƏHŞƏTLİ İZLƏR 11 Aprel 2021, 11:03 İTBAŞI (23-cü bölüm) - SON 11 Aprel 2021, 10:56 Polis reyd keçirdi - sürücülər və piadalar cərimələndi 11 Aprel 2021, 10:50 Vaqif Cavadovun atası koronavirusdan öldü  11 Aprel 2021, 10:43 Salyanda ağır qəza - yaralılar var 11 Aprel 2021, 10:37 Türk Şurasına üzv dövlətlərin nümayəndələri Ağdam və Gəncəyə gedir 11 Aprel 2021, 10:30 Saatlıda gecə işləyən çayxana aşkarlandı 11 Aprel 2021, 10:22 Koronavirusa yoluxanların sayı 135 milyonu ötdü 11 Aprel 2021, 10:15 Yevlaxda açıq havada toy edənlər CƏRİMƏLƏNDİ 11 Aprel 2021, 10:07 Füzulinin Aşağı Rəfədinli kəndi - VİDEO 11 Aprel 2021, 10:00 Çində koronavirusla bağlı son vəziyyət 11 Aprel 2021, 09:53 Ağdamda 3 otaqlı ev yandı 11 Aprel 2021, 09:47 Qırğızıstanda seçkilər keçirilir - FOTO 11 Aprel 2021, 09:40 Bu qəhvə şəkər xəstəliyi riskini azaldır, yağları əridir - FOTO 11 Aprel 2021, 09:33