Modern.az

Yeni Təhsil naziri kimdir? - BİOQRAFİYA

Yeni Təhsil naziri kimdir? - BİOQRAFİYA

Ölkə

27 İyul 2020, 15:33

Prezident İlham Əliyev Azərbaycan Respublikasının yeni Təhsil nazirinin təyin edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Emin Əmrullayev Təhsil naziri təyin edilib. 

Modern.az saytı yeni təhsil Təhsil naziri Emin Əmrullayevin tərcümeyi-halnın təqdim edir:

Emin Eldar oğlu Əmrullayev 1982-ci ildə anadan olub. 1999-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi üzrə bakalavr təhsili alıb.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində dövlət idarəçiliyi üzrə magistr proqramını bitirib.

Bundan əlavə, Macarıstanın paytaxtı Budapeştdə magistr təhsili alıb, həmçinin bir çox beynəlxalq sertifikat proqramlarında iştirak edib.

2013-2014-cü illərdə Təhsil Nazirliyində Keyfiyyətin təminatı sektorunun müdiri, 2014-2020-ci illərdə Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifələrində çalışıb.

2020-ci ilin yanvar ayından bugünədək Təhsil İnstitutunun direktoru vəzifəsini yerinə yetirib.

Emin Əmrullayev eyni zamanda gənclər sektoruna dair beynəlxalq layihələrin idarə olunmasında böyük təcrübəyə malikdir.

Ailəlidir, 2 övladı var.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir