Modern.az

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat

30 İyul 2020, 10:40

Dünya birjalarında neftin qiyməti ucuzlaşır.

Modern.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,05 dollar geriləyərək 43,70 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,06 dollar ucuzlaşaraq 41,22 dollar təşkil edib.

Azərbaycan nefti isə bir qədər bahalaşıb. Belə ki “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,61 dollar artaraq 45,11 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!