22 Sentyabr 2020, Çərşənbə axşamı
Arxiv
5 Avqust 2020, 14:40 | DÜNYA
Bu ölkələrə koronavirus yenidən qayıdır - SİYAHI

Bütün dünyanı cənginə alan koronavirus infeksiyası səbəbi ilə bir çox ölkələr sərt karantin və sosial izolyasiya qaydaları tətbiq etdi. Keçən zaman ərzində yoluxma saylarının aşağı düşməsi ilə əlaqədar bəzi ölkələr sərt karantin rejiminin yumşaltsa da, yoluxmaların artması ilə  karantin qaydalarını yenidən sərtləşdirməyə  məcbur oldu.

Modern.az karantin yumşaldılmasından sonra virusun yenidən sürətlə yayıldığı ölkələri təqdim edir.

 

İngiltərə

Bir neçə gün əvvəl ölkə ərazisində karantin rejimini yumşaldan Britaniya bunun yaxşı nəticə vermədiyini gördükdə  ayrı-ayrı bölgələr üçün yenidən sərtləşdirmə tətbiq edib.

Artıq bugündən etibarən Lester şəhərində sərt karantin rejimi həyata keçirilir. Beləliklə, sözügedən şəhərdə restoran, kafe, mağaza, pivəxana və digər həyati əhəmiyyət daşımayan obyektlər bağlanıb. Fotoqrafların çəkdiyi şəkillərdən də göründüyü kimi şəhərdə sadəcə işə gedən şəxslər var.

Lakin İngiltərənin digər şəhərlərində karantin rejimi yumşaldılıb və müəyyən qədər sərbəstlik yaranıb.

Qeyd edək ki, karantin rejimi yumşaldılan kimi Southend ve Bournemouth çimərliklərində yaranan "mənzərə" bütün dünyanın diqqətini çəkmişdi, foto hətta, ölkəmizdə də geniş müzakirələrəs səbəb olmuşdu.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına görə Birləşmiş Krallıqda 312 minə yaxın insan koronavirusa yoluxub, 43 mindən çox insan bu virus səbəbindən dünyasını dəyişib.

 

ABŞ

ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 4 milyon 850 min nəfəri ötüb. Ölkənin 40 ştatında virusa yoluxma halları artır. Bunun səbəblərindən biri kimi məhdudiyyətlərin yumşaldılmasından sonra insanların maska taxmaması və ya sosial  məsafə saxlamaması göstərilir. İyunda Arizona, Kaliforniya, Florida və Texas başda olmaqla 14 ştatda yoluxmada iki dəfədən çox artım qeydə alınıb. Virus sürətlə yayıldığından Texasda ictimai yerlərdə maska taxılmasının məcburi olması ilə bağlı qərar qəbul edilib. Bu qayda COVID-19-a yoluxma halları 20 və ondan yuxarı olan dairələrə şamil ediləcək. Floridada ilk dəfə olaraq sutkalıq yoluxma göstəricisi 10 mini ötüb. Virusun yayılmasının qarşısını almaq məqsədilə ştatın ən böyük dairəsi olan Mayami-Deyddə komendant saatı tətbiq olunub. Bundan əlavə, əyləncə məkanlarının açılması təxirə salınıb.

 

Meksika

Meksikada da epidemioloji vəziyyət ağır olaraq qalır. Bəzi ərazilərdə sərt karantin qaydalarının nisbətən yumşaldılmasından sonra ötən gün virusa yoluxanların sayı 6741 nəfər artaraq 238 mini keçib. 679 koronavirus xəstəsi vəfat edib.

 

Brazilya

Braziliyada yeni növ koronavirus səbəbi ilə görülən tədbirlər sayəsində Rio-de-Janeyro şəhərindəki Rocinha ərazində sakitlik müşahidə edilir. Cənubi Amerikanın əhalisi 210 milyona yaxınlaşan Braziliyada indiyə qədər 5 min 812 nəfərdə aşkarlanan yeni növ  COVİD -19 səbəbiylə 202 nəfər  həyatını itirib.

 

Fransa

Avropaya gəlincə, Fransada epidemiyanın ikinci dalğasının gözlənilməsi ilə bağlı narahatlıqlar var. Hökumət şirkət və müəssisələrə minimum 10 həftəlik tibbi maska ehtiyatı görməyi tövsiyə edib. Ölkənin İqtisadiyyat və Maliyyə Nazirliyi tədris ilinin başlamasına hazırlaşdıqlarını, lakin virusun geri qayıtmaq riskinin olduğunu açıqlayıb.

 

Hollandiya

Bu ölkədə 1 həftə ərzində yeni növ koronavirusa yoxlama sayının 95 faiz artması ilə əlaqədar ölkə ərazisində yeni növ qaydalar tətbiq olunmağa başlayıb.

Belə ki, yoluxma saylarının ən çox artdığı Amsterdam və Rotterdamdakı ticarət mərkəzləri kimi insanların sıx olduğu bəzi ərazilərdə avqustun 5-dən etibarən  maska taxmaq məcburi olacaq. Qeyd edək ki,  29 iyul-4 avqust tarixlərində ölkədə 2 min 588 yeni yoluxma aşkar edilib. Ümumilikdə ölkədə koronavirusa yoluxma sayı 55min 955 -ə yüksəlib,ölənlərin sayı 6 min 150-yə  çatıb.

 

Serbiya

Serbiya hökuməti yoluxma  hallarının artması ilə ölkənin bəzi regionlarında yenidən karantin qaydaları tətbiq edib. Bundan əlavə, qapalı məkanlarda tibbi maskalardan istifadə etməməyə görə cərimələr nəzərdə tutulur. Virusun yayılmasının qarşısını almaq məqsədilə gecə klubları və tələbə yataqxanaları bağlanır. Ən ciddi vəziyyət paytaxt Belqradda müşahidə olunur.

 

Almaniya

Virusun yayılmasının başlanğıcından Almaniyada həkimlər infeksiyaya 186min 461 yoluxma aşkarlayıblar. Pandemiya müddətində koronavirusdan 8 min 791 pasiyent ölüb. Bununla yanaşı, virusa yoluxmuş təxminən 172 min 600 insan sağalıb.

Virusa yoluxmanın hallarının yüksək olduğu  Bavariyada (47 642), Şimali Reyn-Vestfaliyada (39 307) və Baden-Vürtemberqdə (35 090) yenidən sərtləşdirilmiş karantin qaydaları tətbiq edilir.Berlində isə 7 min 322 nəfərdə infeksiyaya yoluxma aşkarlanıb.

 

Hindistan

Asiyada ən ağır epidemioloji durum Hindistanda müşahidə olunur. Ölkədə ötən gün 21 mindən çox adamda COVID-19 aşkarlanıb. 377 koronavirus xəstəsi vəfat edib. Hindistan üzrə təsdiqlənmiş ümumi yoluxma göstəricisi 627 mini ötüb. Ölkə ərazisində yeni, sərt qaydaların qüvvəyə minəcəyi gözlənilir .

 

Avstraliya

Avstraliyada, baş nazir Scott Morrison, koronavirusla mübarizədə qapalı və açıq məkanlarda 100 nəfərin toplaşmasına icazə verən üçüncü mərhələdəki qaydanın ləğv olunaraq, əvəzində daha çox insanın bir araya gələ biləcəyi adambaşına dörd kvadratmetrin düşməsi qaydasının tətbiq edilcəyini açıqlayıb. Həftə sonu miqrantlara dəstək məqsədilə keçiriləcəyi planlaşdırılan nümayişlərə də münasibət bildirən Morrison, etirazçıların həm öz, həm də avstraliyalıların həyatını riskə atdıqlarını deyib. "Covid-19" təhlükəsi səbəbindən ölkədə tətbiq edilən sağlamlıqla bağlı xəbərdarlıqların hələ də qüvvədə olduğunu xatırladan Morrison, “nümayişlərə qatılmayın” deyə çağırış edib.

 

Qeyd edək ki, yenidən sərtləşdirilən karantin qaydaları Azərbaycanda da tətbiq olunmaqdadır. Yoxuma saylarının artması ilə əlaqədər Operativ Qərargahın qərarı ilə ölkədə yoxluxma sayının çox olduğu ərazilərdə xüsusi karantin rejimi avqust ayının 31-dək davam edəcək

 

Nargilə HƏSƏN

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda virusdan sağalanlar yoluxanları yenidən üstələdi - 2 nəfər öldü 22 Sentyabr 2020, 15:39 Lukaşenko Avropanın baş diplomatı ilə görüşməkdən imtina etdi 22 Sentyabr 2020, 15:34 Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı 22 Sentyabr 2020, 15:24 Azərbaycanda həkimlərin sayı kəskin azalıb 22 Sentyabr 2020, 15:18 Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”  - FOTO 22 Sentyabr 2020, 15:12 AŞPA Tofiq Yaqublu ilə bağlı məlumat yaydı 22 Sentyabr 2020, 15:06 Səhər yeməyi üçün ən təhlükəli QİDALAR 22 Sentyabr 2020, 15:00 Nazirlik yaşı 65-i ötən müəllimlərlə bağlı iddiaya AYDINLIQ GƏTİRDİ 22 Sentyabr 2020, 14:54 Azərbaycan Gürcüstana 21 mindən çox dərslik göndərdi 22 Sentyabr 2020, 14:48 Rüstəm Usubov Baş Prokurorun qəbuluna gəldi - FOTO 22 Sentyabr 2020, 14:42 Taksi sürücüləri üçün etik qaydalar dəyişdirildi 22 Sentyabr 2020, 14:36 “Yeniləşən Azərbaycana yeni məktəb”: Son beş ildə 600-dən çox məktəb... 22 Sentyabr 2020, 14:30 “AzerGold” istiqrazları: yerli alıcılarla yanaşı, xarici investorlar üçün də cəlbedicidir 22 Sentyabr 2020, 14:25 Bu il daha iki DOST Mərkəzi açılacaq 22 Sentyabr 2020, 14:19 Müharibə başlayarsa, Türkiyə jurnalistləri də Azərbaycana dəstək verəcək... 22 Sentyabr 2020, 14:13 Agentlik otellərə COVID-19-la bağlı tövsiyələr verdi 22 Sentyabr 2020, 14:07 Qadın sürücü “Prado” ilə ata və qızını vurdu 22 Sentyabr 2020, 14:01 Deputatdan məcburi köçkün məktəbləri ilə bağlı humanist təklif 22 Sentyabr 2020, 13:57 Ermənilər azərbaycanlı deputatı terrorla HƏDƏLƏDİLƏR 22 Sentyabr 2020, 13:52 Pərvin Kərimzadə: Paşinyan hakimiyyəti hərbi-siyasi təxribatlarından əl çəkmir 22 Sentyabr 2020, 13:48 Azərbaycanda zəlzələ oldu 22 Sentyabr 2020, 13:43 Ordumuzun zirehli texnikası təlimlərə çıxarıldı - VİDEO 22 Sentyabr 2020, 13:39 “Bu gedişlə 2 həftə sonra məktəblər bağlanacaq” - Ekspert NARAHATDIR 22 Sentyabr 2020, 13:34 Aqrar siyasət komitəsinin iş planı açıqlandı - FOTO 22 Sentyabr 2020, 13:28 Ombudsman “Qızıl Xaç”ın yeni rəhbərinə Dilqəm və Şahbaza görə müraciət etdi   22 Sentyabr 2020, 13:23 Azərbaycanda ehtiyatda olanlar təlimə çağırıldı - Ermənistanda PANİKA yarandı 22 Sentyabr 2020, 13:18 Yol polisi “Pikap” maşınlarını niyə saxlayır? - Nazirlik AYDINLIQ GƏTİRDİ 22 Sentyabr 2020, 13:15 Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ 22 Sentyabr 2020, 13:11 Bu kollecdə gözdən əlil abituriyentlər üçün qəbul yerləri ayrılıb 22 Sentyabr 2020, 13:06 Sabah Bakıda və rayonlarda yağış yağacaq - Hava proqnozu 22 Sentyabr 2020, 13:00 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi silahlı şəxslərə qarşı əməliyyat keçirib 22 Sentyabr 2020, 12:54 Adil Əliyev: “Ermənistan tərəfi öz təcavüzkar, avantürist siyasətindən əl çəkməlidir” 22 Sentyabr 2020, 12:48 Prezident və birinci xanım yeni təcili yardım maşınları ilə tanış olublar - YENİLƏNİB 22 Sentyabr 2020, 12:42 Xalq artistinin oğluna XİN-də yeni vəzifə verildi 22 Sentyabr 2020, 12:38 Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ 22 Sentyabr 2020, 12:33