Arxiv
9 Avqust 2020, 17:42 | AKTUAL
“Qarabağ”ın rəqibini yaxından tanıyaq

Azərbaycan çempionu “Qarabağ” futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın “Sileks” klubu ilə üz-üzə gələcək.

"Qafqazinfo" xəbər verir ki, “Sileks” ölkəsinin vitse-çempionudu. Çempion “Vardar” lisenziya probleminə görə UEFA yarışlarına buraxılmadığından, “Sileks” Şimali Makedoniyanı təmsil etmək hüququ qazanıb.

Maraqlıdı ki, Azərbaycanda olduğu kimi, Şimali Makedoniyada da milli çempionatın 2019/20 mövsümü koronavirus pandemiyasına görə başa çatdırılmayıb. 23-cü turdan sonra dayandırılan çempionatda 36 xal toplamış “Sileks” ikinci yeri tutub. Bu komandanı 10 xal qabaqlayan lider “Vardar” isə məhz lisenziya səbəbindən avrokuboklardan kənarda qalıb.

 

55 yaşlı klub indiyə qədər 3 dəfə (1995/96, 1996/97, 1997/98) ölkəsində çempion adını qazanıb. 1993/94 və 1996/97 mövsümlərində isə bu komanda ölkə kubokunun qalibi olub.

Ev oyunlarını 1 800 azarkeş tutumuna malik “Qradski” stadionunda keçirən “Sileks”in baş məşqçisi 45 yaşlı Qoran Simovdur. Komandanın heyətində cəmi 5 serb legioner çıxış edirsə, qalan futbolçuların hamısı yerlilərdi.

“Transfermarkt”a görə “Sileks”in ümumi dəyəri 2,98 milyon avrodu. “Qarabağ”da bu rəqəm 11,78 milyon avrodu.

 

Modern.az xəbər verir ki, “Sileks”in Avropada çıxışı bir o qədər də uğurlu alınmayıb. İndiyə qədər qitəmiqyaslı yarışlarda 18 oyun keçirən komanda 4 qələbə qazanıb, 3 heç-heçə edib, 11 matçda isə məğlub olub. 18 top vuran Kratovo təmsilçisi 32 qola üzülüb.

 

“Sileks” ilk dəfə Azərbaycan klubları ilə üz-üzə gələcək. Amma Şimali Makedoniyanın digər klubları təmsilçilərimizlə 5 dəfə rəqib olub. Bu duellərdən üçündə Azərbaycan, ikisində balkanlılar mərhələ keçib. 5 duel çərçivəsində 10 görüş oynanılıb. 4 qələbə qazanan komandalarımız 4 heç-heçə edib və 2 dəfə uduzub. Top fərqi də Azərbaycan təmsilçilərinin xeyrinədir – 10:6.

 

Makedoniyalıların əsas qənimi də məhz “Qarabağ”dır. Ağdamlılar iki dəfə “Metallurq”u yolundan kənarlaşdırıb. Hesabında biri böyükhesablı olmaqla üç qələbəsi olan Qurban Qurbanovun yetirmələri 4 qarşılaşmanın heç birini qolsuz tərk etməyib.

 

Şimali Makedoniya çempionatında 2020/21 mövsümünə artıq start verilib. “Sileks” də bu gün yeni mövsümdə ilk matçına çıxacaq. “Qarabağ”ın rəqibi səfərdə “Belasiça” ilə qarşılaşacaq.

 

Qeyd edək ki, “Qarabağ”la “Sileks” arasındakı oyun avqustun 18/19-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə tunel çökdü: Dağıntılar altından 11 nəfər çıxarıldı 24 Sentyabr 2020, 21:37 Britaniyada son sutkada koronavirusdan daha 40 nəfər öldü 24 Sentyabr 2020, 21:12 Leysan nəticəsində metro stansiyalarını su basıb 24 Sentyabr 2020, 20:55 Bakıda mənzildə iki qadın meyiti aşkarlandı 24 Sentyabr 2020, 20:42 “Bəşəriyyət pandemiya sınağından keçə bilmədi” - Antoniu Quterreş 24 Sentyabr 2020, 20:24 “Ermənistan rəhbərliyinin davranışı danışıqları mənasız edib” - Araz Əzimov 24 Sentyabr 2020, 20:18 THY Ankara istiqamətində xüsusi reyslər icra etməyə başlayır 24 Sentyabr 2020, 20:02 Ukraynada pandemiyanın ikinci dalğası başlayıb 24 Sentyabr 2020, 19:42 Paşinyan: “Rusiya əsas müttəfiqimizdir, ABŞ və Avropa Birliyi isə...” 24 Sentyabr 2020, 19:32 Yusif İldırımzadənin qohumunun qətli ilə bağlı cinayət işi AÇILDI 24 Sentyabr 2020, 19:14 Azərbaycan nefti bahalaşıb 24 Sentyabr 2020, 19:05 Şəmkir Rayon Polis Şöbəsinidə nöqsan aşkarlandı 24 Sentyabr 2020, 18:50 DİM pandemiya dövründə hansı işləri görüb? - HESABAT 24 Sentyabr 2020, 18:42 Sabiq prokurorun qaynı amansızlıqla öldürüldü 24 Sentyabr 2020, 18:28 Hərbi Hava Qüvvələri döyüş uçuşları həyata keçirdi 24 Sentyabr 2020, 18:19 Ceyhun Bayramov gürcüstanlı vitse-spikerlə görüşüb 24 Sentyabr 2020, 18:12 Qəbul planı 100% dolan universitetlər - SİYAHI 24 Sentyabr 2020, 18:10 Vurğun Əyyubun dəfnində saz çalan aşıq: “Dedi ki, “başıma bir iş gəlsə, məni sazla götürərsiniz”” - MÜSAHİBƏ 24 Sentyabr 2020, 17:59 İnam Kərimov Ağdaş və Göyçay rayonlarında - FOTO 24 Sentyabr 2020, 17:53 Bakıda dəhşət: Nənəsini və bibisini qətlə yetirdi 24 Sentyabr 2020, 17:47 Dolların məzənnəsi sabit qaldı 24 Sentyabr 2020, 17:41 Ali məktəblərdə boş qalan yerlərin sayı AÇIQLANDI 24 Sentyabr 2020, 17:35 Prezident iki qurumun səlahəyyətlərini ARTIRDI 24 Sentyabr 2020, 17:29 İmkansız tələbələrin təhsil haqqını dövlət ödəyəcək - RƏSMİ AÇIQLAMA 24 Sentyabr 2020, 17:23 Gürcüstan Prezidenti Ceyhun Bayramovu qəbul edib 24 Sentyabr 2020, 17:17 Prezidentdən Ədalət Muradovla bağlı SƏRƏNCAM 24 Sentyabr 2020, 17:11 İqtisad Universitetinin əməkdaşları təltif edildi - SİYAHI 24 Sentyabr 2020, 17:07 Deputat - Tendersiz satınalmalar ŞÜBHƏ YARADIR 24 Sentyabr 2020, 17:02 Prezident Əli Həsənovla bağlı sərəncam İMZALADI 24 Sentyabr 2020, 16:56 İlham Əliyev UNEC-in əməkdaşlarına fəxri adlar verdi - SİYAHI 24 Sentyabr 2020, 16:50 Bu rayonda indiyədək 11 nəfər koronavirusdan ölüb 24 Sentyabr 2020, 16:44 Hərbi hissəyə silahlı basqın edən şəxs ömürlük azadlıqdan məhrum edildi 24 Sentyabr 2020, 16:38 Zelenski Belarusa səfərini ləğv etdi 24 Sentyabr 2020, 16:32 Baş Prokuror ictimai köməkçilərilə görüşdü - FOTO 24 Sentyabr 2020, 16:27 Məleykə Abbaszadə 500 bal toplayıb kənarda qalan abituriyentlərdən DANIŞDI 24 Sentyabr 2020, 16:22