Modern.az

Beyrutda partlayışa səbəb olan gəmi bu ölkədən sifariş edilib

Beyrutda partlayışa səbəb olan gəmi bu ölkədən sifariş edilib

9 Avqust 2020, 22:34

Avqustun 4-də Beyrut limanında baş vermiş və 158 nəfərin həlak olmasına səbəb olmuş 2750 ton ammonium nitrat yüklü gəminin Mozambik şirkəti tərəfindən yeddi il əvvəl Gürcüstandan sifariş edildiyi bildirilir.

Modern.az  xəbər verir ki, şirkətin nümayəndəsi həmin gəminin limanda müsadirə olunduğunu və uzun müddətdir yükü ala bilmədiklərini deyib. O, partlayıcı maddənin dağ-mədən sənayesində istifadə üçün alındığını da əlavə edib.

"Azərtac"ın  məlumatına görə, istintaq Moldovaya məxsus olan “MV Rhosus” karqo gəmisinin Gürcüstanı 2013-cü ilin sentyabrında tərk etdiyini müəyyən edib.

Məlumata görə, gəmi 2013-cü ilin noyabrında Beyrut limanına daxil olub. Gəminin rusiyalı kapitanı Boris Prokoşev bildirib ki, onun sahibinin Süveyş kanalından keçmək üçün pulu olmayıb və yük limanda qalıb. Sonradan Livan hökumətinə də borcu yarandığından, gəmi müsadirə olunub və ekipaj repatriasiya edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi