Modern.az

İranla müharibədə yaralanan ABŞ hərbçilərinin sayı açıqlandı

İranla müharibədə yaralanan ABŞ hərbçilərinin sayı açıqlandı

Dünya

Bu gün, 12:12

ABŞ-nin İrana qarşı keçirdiyi hərbi əməliyyatlar zamanı yaralanan amerikalı hərbçilərin sayı 500-ü ötüb.

Modern.az xəbər verir ki, bu barədə "Associated Press" məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Məlumata görə, hərbi əməliyyatlar zamanı yaralanan ABŞ hərbçilərinin sayı 500-dən çoxdur. Bu göstərici Pentaqonun açıqladığı rəsmi statistikadan yüksəkdir. Pentaqonun məlumatına əsasən, indiyədək 482 hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb.

Pentaqonun sözçüsü Şon Parnell bundan əvvəl bildirmişdi ki, son iki həftə ərzində ABŞ-nin İrana qarşı keçirdiyi əməliyyatlar zamanı təxminən 100 amerikalı hərbçi müxtəlif dərəcəli xəsarət alıb.

Məlumata görə, hazırda hərbi əməliyyatlar nəticəsində həlak olan ABŞ hərbçilərinin ümumi sayı 18 nəfərə çatıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi