ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə on milyard dollarlıq mülki nüvə energetikası sahəsində iri sazişi təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Saziş ABŞ şirkətlərinə krallıqda nüvə obyektlərinin tikintəsində iştirak etmək, gələcəkdə isə uranın zənginləşdirilməsi zavodunun inşasına çıxış imkanı verəcək. Sənədin bu həftə imzalanacağı, daha sonra isə təsdiq üçün ABŞ Konqresinə təqdim ediləcəyi gözlənilir.
Bayden administrasiyasından fərqli olaraq, Tramp Səudiyyə Ərəbistanından İsraillə münasibətləri əvvəlcədən normallaşdırmağı tələb etməyib.