Modern.az

Ankarada təlim helikopteri qəzaya uğradı: yaralılar var

Ankarada təlim helikopteri qəzaya uğradı: yaralılar var

Hadisə

Bu gün, 11:56

Türkiyənin paytaxtı Ankarada təlim helikopteri qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, hadisə Ankaranın Sincan rayonunun Temelli ərazisində baş verib.

Məlumata görə, təlim məqsədilə uçuş həyata keçirən helikopter tarlaya düşüb. Hadisə yerinə çoxsaylı xilasedici, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

İlkin məlumata əsasən, qəza nəticəsində 2 nəfər yaralanıb. Yaralıların vəziyyəti və qəzanın başvermə səbəbi ilə bağlı araşdırma aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi