"Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanının təyin olunmasının cəbhədə ciddi dəyişikliklərə səbəb olacağına inanmıram. Lakin Kiyev məsuliyyətli qərar qəbul edərsə, döyüş əməliyyatlarını tez bir zamanda dayandırmaq və ciddi danışıqlara başlamaq mümkündür".
Modern.az xəbər verir ki, bu fikirləri Kremlin sözçüsü Dmitri Peskov mətbuat konfransında səsləndirib.
O qeyd edib ki, Ukrayna ətrafındakı vəziyyətlə bağlı ərazi məsələsinə dair mövqelərin ictimai şəkildə müzakirə edilməsi çətin görünür: "Vladimir Putinin iki il əvvəl döyüşlərin dayandırılması üçün irəli sürdüyü şərtlər hələ də qüvvədədir və Kiyevə yaxşı məlumdur".
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin baş komandanı baş komandanı Aleksandr Sırskini vəzifəsindən azad edərək, onun yerinə yeni təyinat imzalayıb. Sərəncama əsasən, bu mühüm posta Birləşmiş Qüvvələr komandanı, general-mayor Mixaylo Drapatıy təyin edilib.