Modern.az

Ronaldo ilə bağlı maraqlı təqdimat oldu

Ronaldo ilə bağlı maraqlı təqdimat oldu

İdman

Bu gün, 14:34

Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo dünya çempionatlarındakı tarixi karyerasını xüsusi layihə ilə qeyd edib.

Modern.az xəbər verir ki, bu barədə Hypebeast nəşri məlumat yayıb.

Ronaldo məşhur portuqaliyalı küçə rəssamı Vhils (Aleşandre Fartu) və çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə birlikdə "Knight of Najd" ("Nəcd cəngavəri") adlı məhdud sayda art-kolleksiya təqdim edib.

Layihə çərçivəsində cəmi 100 ədəd xüsusi art-print hazırlanıb. Onlar Mystery Box (sirli qutu) formatında satışa çıxarılıb və hər qutunun qiyməti 199 avro təşkil edir.

Hər qutuda Vhils tərəfindən əl ilə imzalanmış, ölçüsü 20x20 santimetr olan qravüra yer alır. Bu əsərlərin hər biri Ronaldonun karyerasındakı 100 ən önəmli anlardan birini əks etdirir. Bütün 100 əsər bir araya gətirildikdə isə futbolçunun böyük portreti formalaşır.

Layihə çərçivəsində kolleksiyaçılar üçün müsabiqə də təşkil olunub. İştirakçılar "Kriştiano Ronaldo sizə necə ilham verir?" sualını cavablandırmalıdırlar.

Münsiflər heyətinin seçəcəyi qaliblər arasında:

150 nəfər Vhils və CR7 kolleksiyasından orijinal incəsənət əsəri əldə edəcək;

10 nəfər Ronaldonun şəxsi imzası olan oyun formasını qazanacaq;

Daha 100 nəfərə isə "Əl-Nəsr"in 7 nömrəli rəsmi forması hədiyyə olunacaq.

Qeyd edək ki, bu layihə ilin əvvəlində təqdim olunan ilk "Knight of Najd" əməkdaşlığının davamıdır. Həmin vaxt Vhils "Əl-Nəsr"in bazasının beton divarında Ronaldonun nəhəng portretini həkk etmiş və onu qızılı elementlərlə bəzəmişdi.

Sizə yeni x var
Keçid et
Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi