Arxiv
11 Avqust 2020, 18:27 | AKTUAL
Dadlı və faydalı quru meyvələri necə seçək?

Təbii, lətli, təzə meyvələr kimi quru meyvələr də süfrəmizin və ağız dadımızın əvəzolunmaz ləzzətlərindəndir. Qurudulmuş meyvələr ilboyu əhalini faydalı vitamin və minerallarla təmin edən qidalardandır.

 

Qida Təhlükəsizliyi Agentliyindən Modern.az-a daxil olan maarifləndirici materialda qeyd olunur ki, həmin meyvələr özündə B qrupu vitaminləri, dəmir, natrium, kalium, maqnezium, pektin, yod kimi vitamin və elementləri ehtiva edir.

 

Quru meyvələrin tərkibində olan sellüloz maddəsi həzmi və maddələr mübadiləsini yaxşılaşdırır. Bütün bunlar ürək, beyin, sinir sistemi və əzələlərin fəaliyyətinə müsbət təsir göstərir, qan təzyiqini normallaşdırır. Quru meyvələrin tərkibindəki vitamin və minerallar təzə meyvədə olduğundan daha artıqdır. İstehsal texnologiyasının tələblərinə düzgün riayət edildiyi halda, quru meyvələr sağlamlıq üçün təzə meyvələr qədər faydalıdır. Meyvələri qurutma üsulu onların tərkibindəki suyun miqdarının azaldılmasına gətirib çıxarır. Meyvələr qurudulduqda onların tərkibində nəmlik 18–25 faizə qədər azalır. Məhsulun tərkibində su az olduqda mikroorqanizmlər zəif inkişaf edir və ya inkişafdan qalır ki, bu da quru meyvələrin uzun müddət saxlanılmasına şərait yaradır. Meyvə qurudulduqdan sonra tərkibindəki şəkər qatılaşır, lakin bu şəkər insan sağlamlığı üçün təhlükəli deyil.

 

Meyvələr təbii və süni yolla qurudulur. Təbii üsula günəş və kölgədə qurutma, süni üsula isə temperatur və kimyəvi emal yolu ilə qurutma aiddir. Həmin üsulların hər birinin öz üstünlüyü və çatışmayan cəhətləri var. Günəş şüaları altında meyvələr tez quruyur. Həmin qurutma üsulu ekoloji cəhətdən təhlükəsizdir və meyvənin bütün faydalı xüsusiyyətlərinin qorunub saxlanmasına imkan verir. Lakin bu üsulla qurudulmuş meyvələr bir qədər sərt olur. Kölgədə qurudulmuş meyvələr ekoloji cəhətdən təhlükəsiz, vitamin və mikroelementlərlə zəngin və şirəli olur. Lakin meyvələrin kölgədə qurudulması uzun vaxt tələb edir. Kimyəvi üsullarla emal edilmiş meyvələr isə uzun müddət saxlanılır, zərərvericilər tərəfindən az zədələnir, cəlbedici əmtəə görünüşünə və parlaq rəngə malik olur. Lakin bu yolla qurudulma düzgün tətbiq edilmədikdə meyvələrdə toksiki kimyəvi maddələr və konservantlar, eləcə də boya maddələri ilə çirklənmələr baş verə bilir.

 

Quru meyvələr ilin soyuq fəsillərində daha çox istifadə edilən qida məhsullarındandır. Quru meyvə alarkən əvvəlcə onun xarici görünüşünə diqqət yetirmək lazımdır. Həmin meyvələr bütöv olmalı, üzərində çat və ləkələr olmamalı, zərərli orqanizmlərin təsirinə məruz qalmamalıdır. Keyfiyyətli quru meyvə bərk deyil, elastik olmalıdır. Quru meyvənin üzərinin çox büzüşmüş olması onun düzgün qurudulmadığına işarədir və bu hal məhsulun keyfiyyətini aşağı salır. Üzərində kif əlamətləri olan quru meyvələrin istifadəsi sağlamlıq üçün təhlükəlidir. Quru meyvələr (qara gavalı, ərik, əncir) bir qədər yağlı görünürsə, bu, məhsula bitki yağı və ya qliserin əlavə edildiyinin göstəricisidir. Bir sıra hallarda istehsalçılar məhsulun saxlanılma müddətini süni şəkildə artırmaq üçün onu qlükoza, yaxud şəkər məhluluna salırlar. Keyfiyyətli quru meyvələrin üzəri parıltısız və təbii olmalıdır. Quru meyvə alarkən onun keyfiyyətinin müəyyənləşdirilməsinin digər yolu meyvələri qoxusuna və dadına görə yoxlamaqdır. Düzgün texnologiya ilə hazırlanmış quru meyvələr yüngül və təbii, meyvəyə xas olan spesifik qoxuya malik olmalıdır. Əgər açıq-aşkar şəkildə benzin, qaz iyi, yaxud məhsula uyğun gəlməyən qoxu hiss edilərsə, bu, məhsulun keyfiyyətsiz və sağlamlıq üçün təhlükəli olduğunu göstərir. Quru meyvələri uzun müddət saxlamaq üçün saxlanma yerlərində havanın rütubət və temperatur rejimi nəzarətsiz qalmamalı, məhsulun günəş şüalarının təmas etdiyi yerdən uzaq tutulması təmin olunmalıdır. Quru meyvələr 5–20° C-də, nisbi rütubətliliyin 70 faizdən az olduğu şəraitdə və kölgədə saxlanılmalıdır. Məhsulların saxlanma müddəti, əsasən, 6–12 ay təşkil edir. Əgər istehlakçı seçim meyarlarını düzgün bilərsə, həm dadlı, həm də keyfiyyətli məhsul əldə edə bilər. Quru meyvələrin istifadəsi zamanı da ehtiyatlı olmaq lazımdır. Hətta ideal təmiz görünən quru meyvələr belə istehlak edilməmişdən əvvəl yaxşı yuyulmalıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ-dan Rusiyaya qarşı yeni sanksiya 23 Sentyabr 2020, 20:02 “Büdcə təşkilatlarında izafi xərclərə yol verilir” - Baş Nazir 23 Sentyabr 2020, 20:01 Nazirlər Kabineti büdcə məsələlərini müzakirə etdi – QƏRAR VERDİ 23 Sentyabr 2020, 19:52 Naxçıvanda hərbi kurslar başa çatdı 23 Sentyabr 2020, 19:38 Azərbaycanda Kosmik Məsələlər üzrə Şura yaradıldı 23 Sentyabr 2020, 19:28 Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı XƏBƏR VAR 23 Sentyabr 2020, 19:20 Ceyhun Bayramov 28 ölkənin iştirak etdiyi beynəlxalq tədbirə qatıldı 23 Sentyabr 2020, 19:02 Daha bir ölkədə təhsil müəssisələrində yolxuma artır 23 Sentyabr 2020, 18:56 “AzGold” MMC-nin rəhbərinə cinayət işi AÇILDI 23 Sentyabr 2020, 18:43 Elman Paşayev Rusiya parlamentinin deputatı olmaq istəyir 23 Sentyabr 2020, 18:37 Azərbaycan su ehtiyatları yaradır 23 Sentyabr 2020, 18:21 Prezident və birinci xanım Balaxanıda görülən işlərlə tanış oldu - YENİLƏNİB 23 Sentyabr 2020, 18:04 Daha 7 şagird və 6 təhsil işçisi koronavirusa yoluxdu 23 Sentyabr 2020, 17:58 Arsak adı nə vaxt və hansı tarixi şəraitdə meydana gəlib? 23 Sentyabr 2020, 17:52 Bakı və Abşeronda ağacların quruma səbəbi araşdırılır - İşçi Qrup yaradıldı   23 Sentyabr 2020, 17:46 Rusiya Avropa Birliyinə qarşı sanksiya tbiq etdi 23 Sentyabr 2020, 17:40 Sərdar Cəlaloğlu özünə müavinlər TƏYİN ETDİ 23 Sentyabr 2020, 17:34 Şagirdlərimiz Beynəlxalq İnformatika Olimpiadasından 3 medal qazandı 23 Sentyabr 2020, 17:28 Azərbaycanın 3 şəhəri UNESCO-nun şəbəkəsinə üzv seçildi 23 Sentyabr 2020, 17:23 Azərbaycanda virusa yoluxma sayı yenidən üçrəqəmli oldu - 2 ölüm 23 Sentyabr 2020, 17:17 Dolların sabaha olan məzənnəsi 23 Sentyabr 2020, 17:12 Vyaçeslav Volodin: “Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” 23 Sentyabr 2020, 17:06 Malik Həsənov: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük təhlükədir 23 Sentyabr 2020, 17:00 Baş Prokuror İsmət Qayıbovun oğlunu qəbula çağırdı - VİDEO 23 Sentyabr 2020, 16:54 Ramin Bayramlı: “Koronavirusla bağlı vaksinasiya könüllü olacaq” 23 Sentyabr 2020, 16:48 Heydər Əliyev Fondundan Bəhram Bağırzadə, Yalçın Rzazadə və Oqtay Gülalıyevin müalicəsilə bağlı açıqlama 23 Sentyabr 2020, 16:42 Daha bir futbolçu “Barselona”nı tərk etdi 23 Sentyabr 2020, 16:36 Prezidentlə birinci xanım Balaxanıda - VİDEO 23 Sentyabr 2020, 16:30 Razi Nurullayev özünə yeni müavin təyin etdi 23 Sentyabr 2020, 16:25 Prezident: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır” 23 Sentyabr 2020, 16:19 “İlham Əliyevin açıqlamaları Paşinyanın üzündəki maskanı cırır” – Ermənistan müxalifəti 23 Sentyabr 2020, 16:13 Çimərliklərlə bağlı portalın işi dayandırıldı 23 Sentyabr 2020, 16:12 Sahibə Qafarova rusiyalı həmkarı ilə görüşdü 23 Sentyabr 2020, 16:09 “Vaksinlərin Azərbaycanda istehsalı mümkün görünmür” - TƏBİB rəsmisi 23 Sentyabr 2020, 16:06 Azərbaycanda koronavirusa qarşı peyvənd kimlərə vurulacaq? - AÇIQLAMA 23 Sentyabr 2020, 16:02