Arxiv
12 Avqust 2020, 09:48 | AKTUAL
"Azercell"in beynəlxalq virtual toplantısı keçiriləcək

Sentyabrın 24-27-də ADA Universiteti, “ACM-W” Avropa təşkilatçılığı, “Azercell Telekom” MMC-nin Rəqəmsal Tərəfdaşlığı və Azərbaycan Konqreslər Bürosunun dəstəyi ilə ACM-in İnformatikada qadınların rolunu təbliğ edən 7-ci beynəlxalq “womENcourage” toplantısı keçiriləcək.

 

“Azercell”dən Modern.az-a verilən məlumata görə, ənənəvi olaraq konfrans, karyera sərgisi və hakafondan ibarət bu beynəlxalq tədbir hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il ADA Universitetinin ev sahibliyi edəcəyi toplantının iştirakçıları pandemiya səbəbindən onlayn görüşəcəklər.

 

ACM (Association for Computing Machinery, “ey-si-em”, Hesablama Maşınları üzrə Assosiasiya) informatika sahəsində ən qədim və ən böyük peşəkar təşkilatdır. “İnformatikanın Nobel mükafatı” adlandırılan A.M.Türinq mükafatı əsası 1947-ci ildə qoyulmuş bu təşkilat tərəfindən verilir.

 

“womENcourage”in məqsədi texniki istiqamətlərdə təhsil alan və ya işləyən xanımları, həmçinin qadınların informatika sahəsinə daha çox cəlb olunmağına çalışan hər kəsi bir araya gətirmək, onlar üçün təcrübə mübadiləsi aparmaq, elmi-tədqiqatlarını təqdim etmək imkanı yaratmaqdır.

 

Dörd gün davam edəcək virtual tədbirin açılışında yeni seçilmiş ACM prezidenti salamlama nitqi söyləyəcək. İlk iki gün baş tutacaq konfrans hissəsində dünya səviyyəli çıxışçıların iştirakı ilə “Böyük verilənlər analitikasının böyük vədləri” və “Süni intellekt: alqoritmlərdən etikaya” mövzularında təqdimatlar və panel müzakirələri aparılacaq. Konfrans proqramına həmçinin bakalavr, magistr və doktorantların göndərdiyi tədqiqat işləri arasında beynəlxalq komitənin seçdiyi 30 posterin təqdimatı daxildir. Təqdim edilən tədqiqatların müəllifləri dünyanın 5 qitəsindəki 17 ölkəni təmsil edir.

 

Bundan əlavə, “womENcourage 2020” iştirakçılarını karyera yarmarkası və haker marafonu (“hakathon”) gözləyir. İştirakçılar karyera yarmarkasında müxtəlif texnoloji şirkətlərin nümayəndələri ilə şəxsi kabinetdə söhbət edib müvafiq vakansiyalardan yararlana bilərlər. Hakafonda isə haker komandaları real həyatdan götürülmüş problemə texnoloji bir həll gətirəcək funksional prototip yaratmaq üçün yarışacaqlar. Bu tapşırıqlardan biri də Azercell şirkətinin Big Data və Təhlillər departamentinin direktoru Azad Hüseynov tərəfindən təqdim olunacaq. Bu mübarizəyə qatılmaq üçün heç də mütləq proqramçı və ya kompüter elmləri üzrə ixtisasa malik olmaq tələb olunmur.

 

“womENcourage” bu il “bərabərliyin iki tərəfi var” şüarı altında təşkil olunur. Bu deviz informatika sahəsində məşğul olan insanlar arasında müxtəliflik və balansın olmasını təbliğ edir. Konfransın yalnız qadınlar üçün olmadığını bəyan edən təşkilatçılar tədbirdə rekord sayda kişilərin iştirakını hədəfləyiblər.

 

Odur ki, hər kəsi Azercell-in “Qızıl Sponsor”luğu ilə keçirilən bu toplantı üçün 14 avqusta qədər davam edən erkən qeydiyyatdan keçməklə tədbirin yaratdığı imkanlardan yararlanmağa dəvət edirik. Əlavə məlumatı http://womencourage.acm.org/2020/ ünvanında əldə etmək mümkündür.

 

Qeyd edək ki, bir sıra texnoloji yeniliklər, innovativ həllər, müasir xidmətlər vasitəsilə abunəçilərin həyatını asanlaşdıran Azercell hər zaman telekommunikasiya texnologiyaları sahəsində layihələri dəstəkləyib, çoxsaylı tədbirlər təşkil edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Hackathon” müsabiqəsinin də davamlı olaraq sponsoru qismində çıxış edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bayden peyvəndin 3-cü dozasını vurdurdu 28 Sentyabr 2021, 00:58 Vətən müharibəsinin ildönümünə həsr olunan satış-sərgisi təşkil edildi 28 Sentyabr 2021, 00:47 Makrona yumurta atan şəxs saxlanıldı 28 Sentyabr 2021, 00:35 Nazirlik Teymur Mirzəyevin vəfatı ilə bağlı nekroloq yaydı 28 Sentyabr 2021, 00:27 Nigeriyada silahlılar 34 nəfəri öldürdü 28 Sentyabr 2021, 00:10 Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yenə uduzdu 27 Sentyabr 2021, 23:57 Anım Günü Polşa mətbuatında 27 Sentyabr 2021, 23:46 Saakaşvili oktyabrın 2-nə Tbilisiyə bilet aldı 27 Sentyabr 2021, 23:41 Türkiyə əhalisinin 70%-dən çoxu tam peyvəndlənib 27 Sentyabr 2021, 23:27 Selçuk Bayraktardan Anım Günü PAYLAŞIMI 27 Sentyabr 2021, 23:14 Pakistan Abidəsi Azərbaycan bayrağı ilə işıqlandırıldı 27 Sentyabr 2021, 22:49 BMT Baş katibindən Azərbaycan və Ermənistanla bağlı BƏYANAT 27 Sentyabr 2021, 22:36 Mənzildə 89 yaşlı qadının meyiti tapıldı 27 Sentyabr 2021, 22:33 Aİ: Bölgəyə sülh və firavanlıq diləyirik 27 Sentyabr 2021, 22:10 Azad olunmuş rayonların hərbi hazırlıq müəllimləri bir araya gətirildi 27 Sentyabr 2021, 22:08 Atakule qülləsində Azərbaycan bayrağı - FOTO 27 Sentyabr 2021, 21:54 25 yaşlı media əməkdaşı ürəktutmasından vəfat etdi 27 Sentyabr 2021, 21:45 Daha bir ölkə "Bayraktar TB2" PUA-ları alıb 27 Sentyabr 2021, 21:45 AŞPA: Mina xəritələrinin Azərbaycana verilməsi vacibdir 27 Sentyabr 2021, 21:23 YAP-dan Anım Günü BƏYANATI   27 Sentyabr 2021, 21:21 Vətən müharibəsi şəhidlərinin xatirəsi Londonda anıldı - FOTOLAR 27 Sentyabr 2021, 21:06 Daha 44 qaziyə avtomobil verildi - FOTOLAR 27 Sentyabr 2021, 21:03 Bayrağımız Nur-Sultanın ən hündür binalarından birində - FOTO 27 Sentyabr 2021, 20:51 Şəhidlərimiz Neftçalada da ANILDI 27 Sentyabr 2021, 20:36 Bayrağımız Heydər Əliyev Mərkəzi və “Alov qüllələri”ndə əks olundu - FOTOLAR 27 Sentyabr 2021, 20:31 Şəhid ailələrinə orden və medallar təqdim edildi - VİDEO 27 Sentyabr 2021, 20:27 Britaniyalı deputatdan mina xəritələrilə bağlı ÇAĞIRIŞ 27 Sentyabr 2021, 20:24 Daha bir partiya bəyanat yaydı 27 Sentyabr 2021, 20:22 Türkiyə ilə hərbi-texniki təminat məsələləri müzakirə edildi 27 Sentyabr 2021, 20:18 Şəhidlərimizin xatirəsinə səmaya işıq fənərləri BURAXILDI - VİDEO 27 Sentyabr 2021, 20:12 Bakı-Sumqayıt qatarı gecikdi -YENİLƏNİB 27 Sentyabr 2021, 20:10 Türkiyə MN-dən Anım Günü paylaşımı 27 Sentyabr 2021, 20:09 Fərid Qayıbov bu dəfə atıcılıq federasiyasında - FOTOLAR 27 Sentyabr 2021, 20:03 Çağırışçılar xidmət yerləri haqqında məlumatlandırıldı 27 Sentyabr 2021, 19:52 İlham Əliyevin qaldırdığı plakatdakı şəhid kimdir? - DOSYE 27 Sentyabr 2021, 19:50
SORĞU Hansı vaksinə etibar edirsiniz?