Arxiv
12 Avqust 2020, 14:00 | AKTUAL
Vebinarlar iştirakçılara yeni və müasir biliklər aşılayır

Artıq 2 aydır ki, Təhsil Nazirliyi və beynəlxalq “Alqoritmika” şirkətinin dəstəyi ilə Virtual məktəbdə müəllim və şagirdlər üçün rəqəmsal bacarıqların inkişafı üzrə interaktiv vebinarlar təşkil olunur. Məqsəd iştirakçıların İT bacarıqlarını inkişaf etdirmək, müəyyən alətlərdən istifadə etməklə dərslərin interaktiv təşkilini təmin etmək,  eyni zamanda şagirdlərin asudə vaxtlarını səmərəli şəkildə keçirmələrinə nail olmaqdır.

 

“Təhsilverən və təhsilalanlara rəqəmsal bacarıqların aşılanması ölkəmizin ümumtəhsil şəbəkəsi üçün mühüm əhəmiyyət kəsb edir.” – Bu barədə müsahibəsində “Rəqəmsal bacarıqlar” layihəsinin təlimçisi Nübar Əsədova söyləyib. O bildirib ki, vebinarlar tək şagirdlər üçün deyil, müəllimlər üçün də keçirilir. Belə ki, bu günə qədər ümumilikdə 6239 iştirakçının qatıldığı 7 vebinar keçirilib. - “Məktəblilər və eyni zamanda müəllim iştirakçılar üçün müvafiq aktual mövzular hazırlamışıq. Şagirdlər vebinarlarda fəal iştirak edir, suallar soruşaraq, tapşırıqları yerinə yetirirlər. Hər sonrakı vebinarda iştirakçıların sayı getdikcə  artır. Bu, şübhəsiz ki, şagirdlərin bu vebinarlara olan marağından qaynaqlanır. Vebinarlarımızda nəinki şagirdlərimiz həmçinin müəllimlərimiz də çox aktiv iştirak edirlər. Müxtəlif fənn müəllimləri öz təcrübələrini bölüşür, suallar verir və bu alətlərin dərsdə istifadəsi ilə bağlı öz fikirlərini bizimlə bölüşürlər. Çox sevindirici haldır ki, müəllimlərimiz bu alətlərin dərsdə istifadəsini həvəslə öyrənir və öz şagirdlərinə maraqlı, interaktiv dərslər hazırlamaq məqsədi ilə tədris ilinin başlamısını səbirsizliklə gözləyirlər.”

 

Öz növbəsində vebinarların iştirakçısı, 189-190 nömrəli məktəbin müəllimi Gülnar İbadlı “Rəqəmsal Bacarıqlar” layihəsi çərçivəsində həm müəllimlərin, həm də şagirdlərin fərdi inkişafı üçün vebinarların təşkilinin çox vacib və uğurlu təşəbbüs olduğunu bildirdi. Bu vebinarlar, xüsusilə, pandemiya dövründə, insanların öz evlərini tərk etməməli olduqları bir vaxtda onların özünüinkişaf və vaxtlarını sağlam keçirmələri baxımından əhəmiyyətlidir: “Vebinarlar iştirakçılara yeni və müasir biliklər aşılayır. Buna görə də bu vebinarlar layihədə iştirakından asılı olmayaraq, bir çox şagird və müəllim tərəfindən böyük maraqla qarşılanır.

 

Vebinarların digər iştirakçısı, 239 nömrəli məktəbin ibtidai sinif müəllimi Ülkər Tahirova da onları çox lazımlı hesab edir: “Müəllimlər və şagirdlər İKT sahəsində öz bacarıqlarını inkişaf etdirir, kompüterlərlə tanış olur və internetdə işləyirlər. Alqoritmin yaradılması sahəsindəki biliklər gündəlik həyatı planlaşdırmağa da kömək edir, vebinarlarda keçirilən praktik məşğələlər isə həm yaradıcılıq, həm də məntiq bacarıqlarını inkişaf etdirir." Ülkər xanımın sözlərinə görə, o, hər zaman əlçatan olan “bulud” xidməti, eləcə də orada fayl və animasiyaların yaradılmasını bu vebinarlar vasitəsilə öyrənmişdir: “Mən artıq təcrübələr zamanı multiplikasiya effekti ilə informasiya yarada bilirəm. Düşünürəm ki, bu mənim ibtidai sinif şagirdlərim üçün çox maraqlı təcrübədir. Çox istərdim ki, vebinarlar növbəti tədris ilində də davam etsin. Bununla da daha çox müəllim və şagird onlardan faydalana biləcəklər."

 

Vebinarların şagirdlərə necə təsir bağışladıqlarını öyrənmək üçün  onlarla da söhbət etdik. Vebinarlardan birində iştirak edən Bakı Avropa Liseyinin 7-ci sinif şagirdi Məzahir Abdullayev qeyd edir ki, bu vebinarların üstünlükləri ondan ibarətdir ki, karantində evdə oturarkən, şagirdlər yeni və faydalı məlumatlar əldə edə bilərlər: “Vebinarlar hər kəs üçün ödənişsizdir və onlara yetişmək üçün yollarda vaxt itirmək lazım deyil. Buna görə də İKT sahəsində biliklərimi genişləndirmək, şəxsən, mənə olduqca maraqlıdır. Mən əvvəl “Microsoft Power Point”də öz cizgi filmimi yarada biləcəyimi bilmirdim, lakin indi “Stop-motion cizgi filmlərinin yaradılması texnikası ilə tanışlıq” mövzusunda təşkil olunan vebinardan sonra biliklərimi praktikada tətbiq etməyə çalışdım və nəhayət ki, bacardım. Özümü rejissor kimi hiss etməyim çox həyəcanlı və maraqlıdır."

 

Vebinarın digər iştirakçısı, 8-ci sinif şagirdi Rüstəm Məlikov da öz növbəsində uşaqlıqdan İT sahəsinə həvəs göstərdiyini və buna görə də, məmnuniyyətlə, vebinarlarda iştirak etdiyini bildirdi: “Bu vebinarlar sayəsində özüm üçün yeni və faydalı məlumatlar əldə edirəm. Vebinarlarda təsvir olunan bəzi proqramları artıq az da olsa bilirəm və vebinarın gedişatında onlardan necə istifadə edəcəyimi də öyrənəcəyəm. İstərdim ki, vebinar zamanı bizə daha çox təcrübə və bilik  öyrətsinlər."

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ötən gün Azərbaycanda 34 yanğın olub - 1 nəfər öülb 5 mart 2021, 11:26 Heydər Əliyev Fondu Vatikanda dünya və dini irsinin qorunmasına yeni töhfə verib 5 mart 2021, 11:20 Daha bir vəzifəli şəxsin işi məhkəməyə verildi 5 mart 2021, 11:15 İlham Əliyev YAP-ın qurultayında çıxış etdi 5 mart 2021, 11:10 Əfv Komissiyası sabah toplanır - daha 4 iclas qalıb - AÇIQLAMA 5 mart 2021, 11:04 Əşrəf Qənidən İlham Əliyevə təbrik: “Atanız da sizinlə fəxr edərdi” 5 mart 2021, 10:58 Ermənistanda daha 7 nəfər koronavirusdan öldü 5 mart 2021, 10:52 Ötən gün cinayət törədən 40 nəfər saxlanıldı 5 mart 2021, 10:46 Füzulinin Yuxarı Rəfədinli kəndi - VİDEO 5 mart 2021, 10:41 Fermerlər Goranboyda toplandı 5 mart 2021, 10:37 4 qazimiz sağalaraq Vətənə QAYITDI 5 mart 2021, 10:31 Azərbaycanda qarölçmə işlərinə başlanıldı 5 mart 2021, 10:25 Azərbaycanın Vətən Müharibəsi Qazaxıstan TV-nin ekranında 5 mart 2021, 10:20 Ağdərədə 2 erməni hərbçinin qalıqları TAPILDI 5 mart 2021, 10:17 BirKart sahibləri daha 20 AZN qazanacaqlar 5 mart 2021, 10:12 ABŞ Britaniya ilə Moskvaya yeni sanksiyalar HAZIRLAYIR 5 mart 2021, 10:06 Bu siniflərin şagirdləri üçün milli qiymətləndirmə başladı 5 mart 2021, 10:00 Birgəyaşayışın azərbaycan modeli 5 mart 2021, 09:55 YAP-ın növbədənkənar qurultayı başlayır - FOTOLAR 5 mart 2021, 09:50 Kolleclərə qəbulla bağlı yeni model  - RƏSMİ  5 mart 2021, 09:45 Koçaryanı dəstəkləyən Moskvanın Azərbaycanla bağlı bədnam planları - ŞƏRH 5 mart 2021, 09:40 Azərbaycan iqtisadi azadlığa görə dünya reytinqində irəlilədi 5 mart 2021, 09:36 Manatın dollara qarşı məzənnəsi 5 mart 2021, 09:32 Hövsanda itkin düşən məktəbli qız tapıldı 5 mart 2021, 09:28 Binəqədidə köçkün yataqxanası yanıb 5 mart 2021, 09:26 Bizimkilər - Ukraynada çalışan azərbaycanlı jurnalist: “Xaricdə Azərbaycanı təmsil etmək böyük məsuliyyətdir” 5 mart 2021, 09:22 Buraxılış imtahanında açıq test tapşırıqlarından istifadə olunmayacaq 5 mart 2021, 09:16 Azərbaycan nefti BAHALAŞDI 5 mart 2021, 09:10 Hulusi Akar helikopter qəzasının ilkin səbəbini AÇIQLADI 5 mart 2021, 09:05 Regionda əməkdaşlıq prinsiplərinə hörmət vacibdir 5 mart 2021, 09:00 ABŞ konqresmeni ermənilərin Xocalıdakı qətlləri ilə bağlı bəyanat yaydı 5 mart 2021, 08:52 “Deyirlər ki, bəs səni niyə deputat seçmişik?!” - MÜSAHİBƏ 5 mart 2021, 08:45 Zakir Həsənov Hulusi Akara və  Yaşar Gülerə başsağlığı verdi 5 mart 2021, 08:30 Mübariz Mənsimov bu gün məhkəməyə çıxarılır - İş adamı azadlığa çıxa bilər 5 mart 2021, 08:08 ÜST Uhandakı araşdırmalarla bağlı məruzəni açıqlamaqdan imtina etdi 5 mart 2021, 01:00