Arxiv
23 Avqust 2020, 10:19 | ƏDƏBİYYAT
Qoşa qarıyın!

Mahir Qabiloğlu


- Əkbər! – ana son dəfə bircə bu adı deyə bildi. Kiçik oğlu Əjdərin, qızı Mayanın adını dilinə gətirməyə əcəl macal vermədi. Nəvələri, gəlinləri, kürəkəni başının üstündəydi. Ölüm faciə sayılsa da Səlimə ana bu həyatdan xoşbəxt köçmüşdü.

Bacısı tez ayağa durub Səlimənin gözlərini qapatdı. Baş örpəyini açıb, sarğı kimi bürmələyərək ortasını çənəsinin altından keçirərək hər iki ucunu  təpəsində  düyünlədi. Nəvə-nəticə də məəttəl-məəttəl bu mənzərəni seyr edirdilər. Sanki nənələrinin dişi ağrıyırmış, bacısı da ağrıyan yerə  kompres qoyur. Sonda isə mələfəylə nənənin üzünü örtdülər. Gecə saat on iki idi. Əkbərlə Əjdər özlərini itirmişdilər. Bilmirdilər nə etsinlər. Hardan başlasınlar. Ataları öləndə evin böyük oğlu Əkbərin beş yaşı vardı. Yuxu kimi gəlirdi yadına. Dayıları, əmiləri sağ idi. Amma indi evin ağsaqqalı o sayılırdı.

- Ay bala, – sükutu xalası Səlimənin səsi pozdu, – dur “skorı”ya zəng elə. Gəlib kağız versinlər. Sonra ölüm kağızı ala biləsən.

  • - Sonra, xala? – deyə Əkbər cavab verdi.
  • - Dur birinci bunu elə. Səhərə hələ çox var.

Əkbər xalası deyən kimi elədi. Təcili Tibbi Yardım özünü tez yetirdi. Sanki köməyə ehtiyacı olan biri can verirdi. 80 yaşlı ananın meyitini müayinə etdi. Müayinə deyəndə ki, gözünün qapağını açıb  bəbəyinə baxdı. Fonendoskopla ürəyinə qulaq asdı.

  • - Allah rəhmət eləsin, – deyib həkim stolun arxasında əyləşdi, – Çoxdan xəstə yatırdı?
  • - Üç il idi, – deyə Əkbər cavab verdi.
  • - Axır qəminiz olsun.
  • - Sağ olun. Ölənləriniz rəhmətlik.

Həkim balaca arayış blankını doldurub stolun üstünə qoydu.

  • - Bunu qeydiyyatda olduğunuz poliklinikaya verərsiniz. Onlar da sizə xüsusi forma kağız verəcəklər. Onu ZAQS-a verib “Ölüm haqqında şəhadətnamə” alarsınız.
  • - Hara? ZAQS-a? Toydur ki? – Əkbər qeyri-iradi gülümsədi.
  • - Neyləyək, həyatın qanunları da belədir, dövlət qanunlarımız da... Doğulanda da ora gedirik, öləndə də... nikah da onlar kəsilir, boşayanda da ZAQS boşayır. Hə, yadımdan çıxdı. Poliklinikadan aldığınız kağız sizə həm də qəbiristanlıqda lazım olacaq. Qəbir yerini onsuz vermirlər.

      Təcili yardımın həkimi məsləhətlərini verib getdi.

  • - Səlimə xala, bəs sonra? – deyə evin böyüyü Əkbər yenə də dilləndi.
  • - Səhər işimiz çoxdur. Gəlin vəzifələrinizi bölüşdürüm. Sən Əkbər tezdən arayışı götür get poliklinikaya. Xüsusi forma arayışı al, get qəbiristanlığa. Qəbir yeri tapmaq, qazdırmaq işiylə sən məşğul ol. Elə et ki, günorta 3-ə çatdırasan. Əjdərlə qohum-qonşu, mən ananı apararıq məscidə. Yuduzdurub-kəfənləyib gətirərik evə. Əjdər, şəxsiyyət vəsiqən yanında olsun. Yoxsa mafayla, tabutu elə-belə verməyəcəklər. Gərək girov qoyasan. Ölü maşınını da orda tutarıq.
  • - Xala, yüksək səviyyəli olsun. Necə olsa el baxır. Deməsinlər ki, oğlanları analarını pis götürdülər yerdən. Pul var, – deyə Əkbərin gözündə yaş gilələndi.

Əkbər imkanlı adam idi. Ona görə bütün xərci üzərinə götürdü. Xalasına, qardaşı Əjdərə pul verdi ki, hər şeyi – çadır qurmaq, çay-halva  məsələlərini o gələnəcən təşkil eləsinlər.

Səhər ilk növbədə poliklinikaya gedib kağızı aldı. Oradan bir molla dostunun yanına getdi. Onu da maşına mindirib qəbiristanlığa yollandı. Saat 3-ə özünü həyətə çatdırdı. Xalası, qardaşı, qohum-qonşu hər şeyi təşkil eləmişdi. Başsağlıqlarını qəbul etdi. Xalası ona yaxınlaşdı:

  • - Qəbiri qazdırdın?
  • - Hə.
  • - Harda?
  • - Köhnə qəbiristanlıqda.
  • - Orda yer var idi ki?
  • - Tapdım.

Xalası day bir söz demədi.  Tabutu binanın həyətinə endirdilər. Ölü namazı qıldılar. Mafanı çiyinlərinə alıb həyətdən çıxdılar. Bir az çiyinlərində apardıqdan sonra qara ölü maşınına qoydular. Qayda-qanunlara rəğmən xala  ölü maşınına oturdu. Bacısını tək buraxmadı.

Maşın karvanı qəbiristanlığa çatdı. Köhnə qəbirlərin arasıyla güclə irəliləyərək tabutu qazılan qəbrin yanında qoydular.

  • - Əkbər, ay Əkbər, – deyə xala dilləndi, – Bəs atanın qəbri hanı?
  • - Narahat olma, xala, mollayla danışdım. Dedi ki, kişi çoxdan ölüb. Yanaşı basdıra bilərsiniz.
  • - Yəni, belə imkansızsan ki, təzə qəbir yeri ala bilmədin? Bəs mən öləndə harda basdıracaqsan?
  • - Xala, bəsdir də... Böyüklərdən bircə sən qalmısan. İmkan vermərəm öləsən.
  • - Əkbər, qəbrə sən düşəcəksən? – deyə molla soruşdu.

Əkbər ayaqqabılarını çıxarıb ehtiyatla qəbrə endi.  Atasının skeletə dönmüş meyitini sola tərəf sürüşdürmüşdülər. Əkbər kənardakıların eşitməyəcəyi tərzdə atasının skletiylə danışmağa başladı:

- Papa, salam. Necəsən? Onda mən balacaydım. Yəqin tanımadın. Əkbərəm də... ilkin Əkbər. Əjdərlə Maya da burdadır. “Xeyir ola?” Xeyirdir. Mamanı gətirmişəm. ZAQS-dan kağızım da var. Azca kənara çəkil ona da yer olsun. Bax belə. Hə, bax, bu da anam. “Ağ geyinib?”, “Nə gözəl yaraşır?” Duvağını özün açarsan. Deyəsən toyun yadına düşdü. Bəs necə olmalıydı ki, hələ gül də almışam. Şam da yandıracağıq.

  • - Əkbər, sağ çiynini tərpət, – deyə molla dilləndi.
  • - Mama, ay mama, oyan, papadır e, – deyə Əkbər anasının çiynini tərpədə-tərpədə danışmağa başladı. Həmişə deyirdin “nə vaxt onu görəcəyəm”. Bizi tək böyütdün, əlimizi çörəyə çatdırdın, evləndirdin, ev-eşik sahibi etdin. Mən də dedim ki, o dünyada tək qalmayasan. Gətirdim səni bura – onun yanına. Çox əziyyət çəkmisən. İndi də baş-başa verib rahat yatın. Əsl xoşbəxt günləriniz bundan sonra başlayır. Bundan sonra ancaq özünüzçün yaşayın. Bizimçün narahat olmayın. Başdaşına da toy şəklinizi vuracağam. Bax, vuruşmayın a... Mehriban olun. Mən getdim. Molla deyir ki, çıx. “Hava soyuqdur?” İndi üstünüzü örtəcəm. Heç soyuq olmayacaq. Yaxşı mən getdim. Xoşbəxt olun, qoşa qarıyın.

Əkbər, qardaşının köməkliyi ilə məzardan çıxır. Corablarını altını əliylə çırpıb ayaqqabılarını geyinir. Gülləri götürüb qəbrin üstünü bəzəyir. Şam yandırır. Xalası ona yaxınlaşıb çiynini qucaqlayır:

  • - Əkbər, nə olar, məni də kişimin yanında basdırarsan. Yaxşı?
  • - Vuruşmayacaqsınız?
  • - Vallah, söz verirəm.
  • - Başüstə, xala, başüstə.

Molla da son duasını deyir. Quşbaşı qar yağmağa başlayır. Məzarın üzərinə sanki ağ gül ləçəkləri səpilir.

  • - Əkbər, bu nədir? – deyə xalası soruşur.
  • - Mələklər göydən ağ gül ləçəkləri səpir. Toylarda görməmisən? Mələk paltarı geyinmiş balaca qızlar pilləkanın üstündə dayanıb cütlüklərin başına ləçəklər səpirlər. Papamla mamamın da ləcəyini göydəki mələklər səpir.
  • - Hə, yadıma düşdü.
  • - Ay xala, bacın o dünyaya gəlin köçür. Bəs xeyir-duan harda qaldı?
  • - Allah, xoşbəxt eləsin. Qoşa qarısınlar. Allah mənə də qismət eləsin.
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatı uğurla davam edir 27 Sentyabr 2020, 12:20 Türkiyə XİN: “Qardaş Azərbaycana dəstəyimiz tamdır” 27 Sentyabr 2020, 12:17 Ermənistan ölən hərbiçilərin adlarını açıqlamağa başlayıb - SİYAHI 27 Sentyabr 2020, 12:12 Millimizin futbolçusu ABŞ-da 11-ci qolunu vurdu 27 Sentyabr 2020, 12:12 Qarabağın Azərbaycanlı İcması cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı 27 Sentyabr 2020, 12:09 İlham Əliyev: “Biz zəfər çalacağıq!” 27 Sentyabr 2020, 12:08 Azərbaycandan beynəlxalq təşkilatlara, ABŞ, Rusiya, Fransa rəhbərlərinə MÜRACİƏT 27 Sentyabr 2020, 12:03 Ermənilər qocaları döyüşə çağırır - Düşmən qorxuda 27 Sentyabr 2020, 11:58 Moskva Qarabağda atəşi dayandırmağa ÇAĞIRDI 27 Sentyabr 2020, 11:54 David Tonoyan ölkədən qaçıb?  27 Sentyabr 2020, 11:36 Azərbaycan Prezidentinin xalqa müraciəti  27 Sentyabr 2020, 11:24 Sabahın havası: duman, şimşək, yağış... 27 Sentyabr 2020, 11:18 Zədələnən döyüş helikopteri peşəkarlıqla öz ərazimizə endirilib - Nazirlik 27 Sentyabr 2020, 11:17 MÜDAFİƏ NAZİRLİYİ: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur 27 Sentyabr 2020, 11:11 Müdafiə Nazirliyindən təkzib - ordumuz düşmən üzərində tam üstünlüyə malikdir 27 Sentyabr 2020, 10:55 Ermənistan sosial medianı blokladı 27 Sentyabr 2020, 10:51 Türkiyədən qardaş dəstəyi: “Azərbaycan tək deyil” 27 Sentyabr 2020, 10:43 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı 27 Sentyabr 2020, 10:35 Erməni təxribatının qarşısını almaq üçün internet məhdudlaşdırılıb - Nazirlikdən açıqlama 27 Sentyabr 2020, 10:20 Ermənilərin yaraladığı mülki şəxs xəstəxanaya yerləşdirildi 27 Sentyabr 2020, 10:13 27 sentyabr Dünya Turizm Günüdür 27 Sentyabr 2020, 10:09 Dünyanın ən nüfuzlu idmançısı seçildi 27 Sentyabr 2020, 09:59 Ermənistandan Qarabağa gedən yollardan biri BAĞLANDI 27 Sentyabr 2020, 09:56 Toplarımızın səsi Xankəndində eşidilir - Düşmən təşvişdə 27 Sentyabr 2020, 09:34 Ermənistanın 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edildi 27 Sentyabr 2020, 09:25 "Azərbaycan Ordusu bütün cəbhə boyu irəliləyir" - Cəlal Arutyunyan 27 Sentyabr 2020, 09:19 Ermənistanın yeni hiyləsi - ATƏT-ə müraciət etdi 27 Sentyabr 2020, 09:17 Ordumuz əks-hücuma KEÇDİ 27 Sentyabr 2020, 09:15 Paşinyandan ermənilərə müraciət etdi: “Azərbaycan Ordusu irəliləyir” 27 Sentyabr 2020, 09:07 Meksikada 43 tələbənin itkin düşməsinə görə polislər həbs edildi 27 Sentyabr 2020, 09:05 ABŞ-da atışma - ölən və xəsarət alanlar var 27 Sentyabr 2020, 08:59 Prezidentin köməkçisi cəbhədəki gərginliklə bağlı BƏYANAT YAYDI 27 Sentyabr 2020, 08:58 Ermənilərin yaraladığı mülki vətəndaşımızın FOTOSU 27 Sentyabr 2020, 08:45 Müdafiə Nazirliyi: “Ermənistanın atəş nöqtələri susdurulur” - Cəbhədən yeni MƏLUMAT 27 Sentyabr 2020, 08:37 Ağstafada evə basqın: yaşlı qadın boğularaq öldürüldü 27 Sentyabr 2020, 08:16