Arxiv
2 Sentyabr 2020, 08:42 | MEDİA
Baş redaktordan Ramiz Mehidyevə sərt CAVAB: “Bu vəziyyəti siz yaratmısınız!”

“Hörmətli Ramiz müəllim, Prezident Administrasiyasına rəhbərlik etdiyiniz və 5 aydır AMEA-nın prezidenti vəzifəsini həyata kecirdiyiniz vaxt bu iradları niyə bildirmirdiniz? Ölkədə karantin rejimi vaxtı nəvənizə toy etməyiniz mətbuatın, ziyalıların tənqid hədəfinə cevrildiyindən ziyalıları, media əhlini ağına - bozuna baxmadan niyə hədəf alırsız?Özünüz də yazdığınız kimi, kürəkəniniz, qudanız qanunlar cərcivısində cəzalandırılıb. Deyirsiz ki, mətbuat niyə digərlərindən də yazmır? Mətbuat, söz azadılğından danışırsız, amma bu da reallıqdır ki, azad mətbuatın da mövzu secimi azaddır, hədəfləri fərqlidir.İndi hədəfdə Sizsiniz, cəmiyyətin maraq dairəsi və ictimai statusunuz mətbuata bunu diqtə edir. Siz azad mətbuatın yoxluğundan, mətbu sözün təsirsizliyindən gileylənirsiz, amma bu vəziyyəti kim yaradıb? Siz, bəli Siz və yaratdığınız yanlış təbliğat sistemi”.

Modern.az xəbər verir ki. Bu fikirləri “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin növbəti ittiham dolu yazısına cavab olaraq bildirib.


A.Aşırlı xatırladıb ki, ölkədə kifayət qədər nüfuzlu mətbuat da, jurnalistlər də vardı, cəmiyyəti də arxasınca aparmağı bacarır, dövlətə qarşı təhlükələri dəf edirdi.

“Amma bu sizə sərf etmədi, üzərinizdə və qanunsuz əməlləriniz qarşısında güclü ictimai nəzarət institutunun varlığını istəmədiniz”,-deyə baş redaktor AMEA-nın hazırkı prezidentini ittiham edib.


A.Aşırlı qeyd edib ki, vaxtilə müstəqil qəzetlər məhkəmələrə cəkildi, cərmələndi, ölkəni tərk etməyə məcbur qalan jurnalistlər son nəticədə mühacir söyüşcül bir zümrəyə cevrildi.

“Yazırsız ki, Administrasiyaya rəhbərlik dövründə bu cür mətbuatla barışmamışam, baş redaktorlarla görüşümdə açıq iradlarımı demişəm. Bilmirəm hansı görüşünüzdə demisiz, şənbə günləri yığdığınız dövlət qəzetlərinin rəhbərlərinəmi? Ramiz müəllim, Sizin mətbuatla bağlı kecirdiyiniz 2 görüşdə mən də olmuşam. Görüşünüzün biri Avropa oyunları ərəfəsində bəzi beynəlxalq qurumların informasiya hücümlarına cavab taktikası ilə bağlı olub. Onda kicik replikalarınız, müdaxilənizdən başqa bir dəyərli fikir, arqument səsləndirmədiniz.
2-ci görüşünüz səhv etmirəmsə, ölkənin bütün media quruluşlarının iştirakı ilə 2015 - ci ildə Qarabağda erməni təxribatı və Azərbaycan mediasında informasiya təhlükəsizliyi ilə bağlı idi. Onda da əlinizdə hazır tutub kağızlardan oxuduğunuz informasiya təhlükəsizliyi barədə nəzəri mülahizələr olub. Həqiqət istəyirsiz, onu da deyim, hec o məruzəni də düzgün oxuya bilmədiz. Sonda da söylədiz ki, qəbul imtahanlarından 700 bal toplayan abituriyentlərin sənədləri ilə tanış olursuz, jurnalistlər niyə tənqidə meyl göstərirlər, bu uşaqlardan niyə yazmırlar? İndi Sizi tənqid edən o qəzetlərdə sabah səhifə-səhifə o abituriyentlərdən yazılar getdi. Ramiz müəllim, cox yazmaq istəmirəm. Deyirsiz ki , məni Rusyapərəstlikdə ittiham edirlər, cünki sizin 30 illik fəaliyyətinizin ana xəttini milli ideologiya axtarışları yox, bu xətt təşkil edib, bunu az - cox dünyagörüşü, savadı, biliyi, analiz qabiliyyəti olanlar bilir. Ətrafınıza yığdığınız alim titullular da sizin tezislər əsasında bu ideologiyaya xidmət edib. İnciməyin!”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı 27 Sentyabr 2020, 10:35 Erməni təxribatının qarşısını almaq üçün internet məhdudlaşdırılıb - Nazirlikdən açıqlama 27 Sentyabr 2020, 10:20 Ermənilərin yaraladığı mülki şəxs xəstəxanaya yerləşdirildi 27 Sentyabr 2020, 10:13 27 sentyabr Dünya Turizm Günüdür 27 Sentyabr 2020, 10:09 Dünyanın ən nüfuzlu idmançısı seçildi 27 Sentyabr 2020, 09:59 Ermənistandan Qarabağa gedən yollardan biri BAĞLANDI 27 Sentyabr 2020, 09:56 Toplarımızın səsi Xankəndində eşidilir - Düşmən təşvişdə 27 Sentyabr 2020, 09:34 Ermənistanın 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edildi 27 Sentyabr 2020, 09:25 "Azərbaycan Ordusu bütün cəbhə boyu irəliləyir" - Cəlal Arutyunyan 27 Sentyabr 2020, 09:19 Ermənistanın yeni hiyləsi - ATƏT-ə müraciət etdi 27 Sentyabr 2020, 09:17 Ordumuz əks-hücuma KEÇDİ 27 Sentyabr 2020, 09:15 Paşinyandan ermənilərə müraciət etdi: “Azərbaycan Ordusu irəliləyir” 27 Sentyabr 2020, 09:07 Meksikada 43 tələbənin itkin düşməsinə görə polislər həbs edildi 27 Sentyabr 2020, 09:05 ABŞ-da atışma - ölən və xəsarət alanlar var 27 Sentyabr 2020, 08:59 Prezidentin köməkçisi cəbhədəki gərginliklə bağlı BƏYANAT YAYDI 27 Sentyabr 2020, 08:58 Ermənilərin yaraladığı mülki vətəndaşımızın FOTOSU 27 Sentyabr 2020, 08:45 Müdafiə Nazirliyi: “Ermənistanın atəş nöqtələri susdurulur” - Cəbhədən yeni MƏLUMAT 27 Sentyabr 2020, 08:37 Ağstafada evə basqın: yaşlı qadın boğularaq öldürüldü 27 Sentyabr 2020, 08:16 Ermənilər bütün cəbhəboyu hücuma keçdilər - Ölən və yaralılar var  27 Sentyabr 2020, 07:45 Ermənistanda həbslər başladı 27 Sentyabr 2020, 00:43 Alimlər koronavirusun əsas "hiyləsini" açıqladılar 27 Sentyabr 2020, 00:24 Partlayışda 7 nəfər həyatını itirdi 27 Sentyabr 2020, 00:02 Bakıda iki avtomobil toqquşdu: xəsarət alan var 26 Sentyabr 2020, 23:46 Azərbaycanın bu sahə üzrə ilk qadın professoru vəfat etdi 26 Sentyabr 2020, 23:29 Deputatın oğlu təyyarə qəzasında öldü 26 Sentyabr 2020, 23:14 Türkiyədə son sutkada 71 nəfər koronavirusdan öldü 26 Sentyabr 2020, 22:57 Yüzlərlə insan karantin rejiminin tətbiqinə etiraza başlayıb 26 Sentyabr 2020, 22:44 Dağıstanda azərbaycanlı atasını boğdu 26 Sentyabr 2020, 22:27 "Zirə"dən əzmkar qələbə 26 Sentyabr 2020, 22:13 İstanbulda meşə yanğını 26 Sentyabr 2020, 21:58 Müğənni yeni adaya sahibləndi 26 Sentyabr 2020, 21:39 İranda kütləvi dini tədbirlər qadağan edildi 26 Sentyabr 2020, 21:24 Böyük Britaniya ÜST-yə maliyyə dəstəyini 30 faiz artırır 26 Sentyabr 2020, 21:11 Göyçayda ər arvadını bıçaqladı 26 Sentyabr 2020, 20:57 Kiçik Qızılağac körfəzinə balıq körpələri buraxılıb - VİDEO 26 Sentyabr 2020, 20:46