Modern.az

1 yaşlı saytın rəhbəri: “Yeni nəşr üçün bu, çox ciddi sınaq oldu”

1 yaşlı saytın rəhbəri: “Yeni nəşr üçün bu, çox ciddi sınaq oldu”

2 Sentyabr 2020, 10:36

Bu gün Azpost.info internet qəzetinin 1 yaşı tamam olub.

Modern.az xəbər verir ki, onlayn nəşrin rəhbəri Xaqani Səfəroğlu bir illik fəaliyyətlə bağlı təəssüratlarını bölüşüb:

“Bu 1 il ərzində biz böyük rəqabətin olduğu onlayn informasiya seqmentində öz yerimizi tutmağa çalışdıq. Son 7 ayı sərt karantin rejimində çalışdıq. Yeni sayt üçün bu, çox ciddi sınaq oldu.

Bu 1 ildə azsaylı komandamız ilə oxuculara çevik şəkildə maraqlı kontentlər, məlumatlar, təhlillər, müsahibələr təqdim etdik.

Azpost.info sabit oxucularını qazana bildi. Oxucu etmadını qazana bilmək bu gün ən çətin məsələdir. Jurnalist əməyinə bundan böyük qiymət ola bilməz. Bu 1 ildə bizi oxuyan, dəstək verən, yazılarımıza etimad göstərən oxucularımıza təşəkkür edirik.
Bizə dəstək verən jurnalist dostlarıma minnətdarlığımı bildirirəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...