Modern.az

Bakı Nəqliyyat Agentliyi şöbə müdirini işdən çıxardı - RƏSMİ

Bakı Nəqliyyat Agentliyi şöbə müdirini işdən çıxardı - RƏSMİ

Ölkə

4 Sentyabr 2020, 15:32

Bakı Nəqliyyat Agentliyinin (BNA) Hüquq şöbəsinin müdiri Hikmət Babayev tutduğu vəzifədən azad edilib.

 

Bu barədə yayılmış məlumatı Agentliyin mətbuat katibi Mais Ağayev Modern.az-a təsdiqləyib.

 

O bildirib ki, Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli müvafiq əmr imzalayıb. Əmrə əsasən, H. Babayev tutduğu vəzifədən azad edilib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl H.Babayev ARB telekanalında taksilərlə bağlı verdiyi açıqlama ilə qalmaqala səbəb olmuşdu.

O, taksilərə tətbiq olunacaq vahid qiymət tarifi haqqında danışarkən bu nəqliyyat vasitəsindən istifadə etməyin hər adam üçün əlçatan olmasına qarşı çıxmışdı:


''Taksilərin qiymətləri bu gün o həddə enib ki, hətta avtobus qiymətlərinə az qala bərabərləşib. Yəni bu, belə olmalı deyil” deyən BNA-nın şöbə müdiri bildirmişdi ki, taksidən istifadə etmək əvvəlki dönəmlərdəki kimi müəyyən imkanlara bağlı olmalıdır. O, dolayısı ilə adi insanların taksidən deyil, yalnız avtobuslardan istifadə etməli olduğunu, taksiyə isə yalnız imkanlı sərnişinlərin minməli olduğunu vurğulamışdı:


“Taksidən yararlanmaq olar, amma bunu gündəlik daimi nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün müntəzəm sərnişindaşıma (avtobusları nəzərdə tutur-red.) mövcuddur”.

Həmin açıqlama ilə H.Babayev ictimaiyyəti Bakı Nəqliyyat Agentliyinin üstünə qaldırmışdı...




Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?