Modern.az

Ermənilərin Azərbaycana qarşı mədəni terroru – Daşaltı mağarasında baş verənlər…

Ermənilərin Azərbaycana qarşı mədəni terroru – Daşaltı mağarasında baş verənlər…

Mədəni̇yyət

9 Sentyabr 2020, 14:26

Ermənistan və dünya erməniliyi Azərbaycana qarşı bütün sahələrdə - o cümlədən, mədəniyyət sahəsində sərhədsiz müharibə aparır. Məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edən ermənilər Qarabağın tarixi, maddi-mədəniyyət nümunələrini erməniləşdirir, regionun aborigen əhalisi olması barədə uydurmaya dünyanı inandırmaq üçün sübutlar axtarır.

 

Modern.az xəbər verir ki, ermənilər Azıx mağarası ilə yanaşı, Qarabağda ən qədim insan məskənlərindən biri olan Daşaltı mağarasında da arxeoloji qazıntılar aparır. Maddi-mədəniyyət nümunələrini Yerevan və xarici ölkələrin laboratoriyalarına aparırlar.

 

Daşaltı mağarası 2011-ci ildə aşkar olunub. Amma ərazidə ilk qazıntı işləri 2016-cı ildə başlayıb. Daşaltı mağarasının 8-10 milyon il əvvəl vulkan püskürməsi zamanı ayrılan lavadan yarandığı ehtimal olunur.

Qazıntılar zamanı xırda və iribuynuzlu heyvanlar, qoyun, keçi dişləri, çənəsi və sümükləri tapılıb. Onlarla yanaşı, mağara ərazisində insan qalıqları da tapılıb.

 

Ermənistan Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun etnogenomika laboratoriyasının rəhbəri Levon Yepiskoposyan mağarada aparılan qazıntılarla bağlı açıqlamalar verib.

“Mağarada tapılan 3 eksponatın yaşı 45 min ili keçib. İnsana məxsus diş isə 7 min il əvvələ aiddir”-deyə Yepiskoposyan açıqlama verib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi