Modern.az

Milli Məclis tarixində İLK DƏFƏ

Milli Məclis tarixində İLK DƏFƏ

9 Sentyabr 2020, 14:32

Azərbaycan Respublikası Milli Məclisi satınalmaların həyata keçirilməsi üçün açıq tender elan edilib.

 

Modern.az xəbər verir ki, bu barədə rəsmi “Azərbaycan” qəzetində elan dərc olunub.

 

Tenderlə bağlı həmçinin www.etender.gov.az saytında da məlumat yerləşdirilib. Apardığımız araşdırmalara görə, satınalmaların açıq tender vasitəsilə həyata keçirilməsi Milli Məclis tarixində ilk haldır.

 

Bu, parlament tərəfindən son dövrlərdə həyata keçirilən islahatların tərkib hissəsi kimi qiymətləndirilə bilər.

 

Qeyd edək ki, son bir neçə ay ərzində parlamentin fəaliyyətinin səmərəliliyinin artırılması və ölkədə həyata keçirilən hərtərəfli islahatlar strategiyasına uyğunlaşdırılması məqsədilə Milli Məclisin Aparatında və İşlər İdarəsində islahatlar reallaşdırılıb. Bu kontekstdə açıq tender elan edilməsi satınalmaların şəffaf və qanunamüvafiq şəkildə həyata keçirilməsinə xidmət edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir