Modern.az

ABŞ-Çin arasında  hava nəqliyyatı bərpa edilir

ABŞ-Çin arasında  hava nəqliyyatı bərpa edilir

14 Sentyabr 2020, 22:44

COVID-19 pandemiyası başlayandan bəri ilk dəfə olaraq ABŞ-ın bir şəhərindən Pekinə birbaşa sərnişin təyyarəsi uçuşu həyata keçirilib.

Modern.az  “Global Times” qəzetinə istinadən xəbər verir ki, San Fransisko şəhərindən olan çarter uçuşu Çindəki ABŞ Ticarət Palatasının (AmCham) “İşə qayıdıram” layihəsi çərçivəsində baş tutub. Palataya daxil olan bir neçə ABŞ şirkətinin 87 əməkdaşı həmin uçuşla Çinə qayıdıb.

Bildirilir ki, əvvəlcə uçuşun avqustun 28-də reallaşdırılması nəzərdə tutulmuşdu. Amma sərnişinlərin viza əldə etməsi və COVID-19 testi verməsi üçün onun vaxtı dəyişdirilib.

AmCham-ın daha əvvəl yaydığı məlumata əsasən, palataya daxil olan şirkətlərin təxminən 6 minə yaxın işçisi Çinə qayıtmaq istəyir.

Qeyd edək ki, Çin Mülki Aviasiya Administrasiyası xaricdən virus axınını azaltmaq üçün martda beynəlxalq uçuşları xeyli dərəcədə məhdudlaşdırmışdı. Paytaxt Pekin üçün nəzərdə tutulan bütün təyyarələr isə digər şəhərlərin hava limanlarında qəbul edilirdi. Administrasiya sentyabrın əvvəlində uzun fasilədən sonra paytaxtın hava limanlarının beynəlxalq uçuşları qəbul etməsinə icazə verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır