Modern.az

“Reproduktiv sağlamlıq haqqında” qanun müzakirə olunacaq

“Reproduktiv sağlamlıq haqqında” qanun müzakirə olunacaq

18 Sentyabr 2020, 14:52

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib.

 

Modern.az xəbər verir ki, komitə sədri Əhliman Əmiraslanov iclasda 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı barədə məlumat verib.

 

O qeyd edib ki, qarşıdakı sessiyada müxtəlif qurumlardan komitəyə daxil olacaq qanun layihələri, 2021-ci ilin dövlət büdcəsinin müzakirəsi ilə yanaşı komitədə “İnsan orqanlarının transplantasiyası haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri də Milli Məclisin müzakirəsinə çıxarılacaq. Həmçinin komitədə COVID-19, icbari sığortanın tətbiqi, onkoloji xəstəliklər və digər mövzularda dinləmələr keçiriləcək, müxtəlif orqanlardan və vətəndaşlardan daxil olan təkliflərlə bağlı tədbirlər təşkil olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir