Modern.az

Bakıda kürəkən qaynanasını avtomobillə vurdu

Bakıda kürəkən qaynanasını avtomobillə vurdu

Aktual

19 Sentyabr 2020, 23:17

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Yolu keçən 1968-ci il təvəllüdlü Nəcəfova Xatun Müslüm qızını avtomobil vurub. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol topuğun sınığı diaqnozu qoyulub.

X.Nəcəfovanın dediyinə görə, onu kürəkəni avtomobillə vurub.

Hadisənin təfərrüatları araşdırılır. (Report)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir