Arxiv
25 Sentyabr 2020, 17:36 | DİASPOR
Almaniya azərbaycanlıları ilə videogörüş keçirilib

 

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Almaniyada fəaliyyət göstərən Koordinasiya Şurası əlaqələndiricilərinin, Azərbaycan Evləri və diaspor təşkilatları rəhbərlərinin iştirakı ilə videokonfrans keçirilib.

 

Almaniyadakı diasporumuzun fəaliyyətini müsbət qiymətləndirən Komitə sədri Fuad Muradov soydaşlarımızın nail olduqları uğurlardan bəhs edib, qarşıda duran vəzifə və məqsədləri nəzərə çatdırıb. 

 

Videokonfransda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasındakı çıxışı barədə danışılıb, Tovuz hadisələri, eyni zamanda Ermənistanın təcavüzkar siyasətini daha da genişləndirərək yeni müharibəyə hazırlaşması, terorçu qruplaşmalarla əlaqələrini genişləndirməsi, işğal etdikləri Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma aparmaqla bölgədə durumu gərginləşdirməsi geniş müzakirə olunub. 

 

Dünya ictimaiyyətini Qarabağ həqiqətləri barədə dəqiq və dolgun məlumatlandırmaq üçün kütləvi informasiya vasitələrində, sosial mediada fəaliyyətin genişləndirilməsi, innovativ tədbirlərin həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.

 

Videokonfrans iştirakçıları elm, mədəniyyət, incəsənət sahəsində fəaliyyət göstərən və artıq alman cəmiyyətində kifayət qədər tanınan azərbaycanlıların Almaniyadakı diaspor təşkilatlarında təmsil olunmalarını, Berlin, Münhen və Köln şəhərlərində Azərbaycan Evlərinin fəaliyyətə başlamasını diaspor həyatının müsbət tendensiyası kimi qiymətləndiriblər. 

 

Görüşdə yerli cəmiyyətə inteqrasiya olunmanın çağdaş tələblərə uyğun davam etdirilməsi, Almaniya ictimaiyyəti, eləcə də bu ölkədəki siyasi partiyalarla əlaqələrin daha peşəkar səviyyədə qurulması istiqamətində təkliflər verilib.

Nəzərə çatdıraq ki, Diasporla İş üzrə Dövlət Komitəsi pandemiya başlayandan bu günə qədər 60-a yaxın ölkədə fəaliyyət göstərən diaspor təşkilatları və diaspor fəalları ilə 300-dən çox videokonfrans təşkil edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zərdüşt Əlizadə: "Rus xalqı acından ölürsə, canı cəhənnəmə..." 24 Yanvar 2021, 13:44 Çində qəza baş vermiş qızıl mədənindən daha 10 şaxtaçı çıxarıldı 24 Yanvar 2021, 13:35 İrəvan qarışdı: "Satqın Nikol, istefa!" 24 Yanvar 2021, 13:28 İbrahimoviç "Atalanta"nın hücumçusu ilə münaqişəyə girdi 24 Yanvar 2021, 13:23 Düşmən daha 72 itkisini açıqladı 24 Yanvar 2021, 13:20 Lənkəranda itkin düşmüş yeniyetmə tapıldı 24 Yanvar 2021, 13:09 Yunis Hüseynov istefa verdi 24 Yanvar 2021, 12:59 Nazir 10 şagirdin ölümündən, 60 məktəbin dağıdılmasından yazdı 24 Yanvar 2021, 12:51 Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi konsepsiyası təqdim olundu 24 Yanvar 2021, 12:46 Mingəçevirdə karantin qaydalarını pozan tədris mərkəzi aşkarlandı 24 Yanvar 2021, 12:36 Ermənistanda virusdan ölənlərin sayı üç mini ötdü   24 Yanvar 2021, 12:29 İstixana sahiblərinə qazdan istifadəyə görə güzəşt tətbiq olunacaq 24 Yanvar 2021, 12:18 Xəmsənin Osmanlı türkcəsində yenidən nəşri və satışı planlaşdırılır 24 Yanvar 2021, 12:08 Sabahın havası: bir yandan duman,  o biri yandan külək 24 Yanvar 2021, 12:05 Çavuşoğlu: Gəmi Qabona çatandan sonra nəşlə bağlı addımlar atılacaq 24 Yanvar 2021, 12:00 Hacıqabulda dəhşət: ot presləyən qurğuya düşdü, xəstəxanada keçindi 24 Yanvar 2021, 11:51 Deputat xeyriyyəçiliyin leqallaşdırılmasından DANIŞDI: "Asan deyil" 24 Yanvar 2021, 11:44 Hələ onlarla erməni əsgərinin meyiti tapılmayıb - Tadevosyan 24 Yanvar 2021, 11:36 Füzulinin Aşağı Veysəlli kəndindən ən son görüntülər - Video 24 Yanvar 2021, 11:34 Gürcüstanda virusdan ölənlərin sayı azaldı 24 Yanvar 2021, 11:29 Daha bir ölkədə kütləvi vaksinasiya başlayır 24 Yanvar 2021, 11:22 “Mozart” gəmisi Qabona istiqamət götürdü 24 Yanvar 2021, 11:14 İraqda 340 nəfər edam olunacaq 24 Yanvar 2021, 11:11 Şamaxıdakı vulkan evlərin divarını çatlatdı 24 Yanvar 2021, 11:02 Türkiyə yenə silkələndi 24 Yanvar 2021, 10:58 Türkiyə gəmisində öldürülən azərbaycanlının nəşi sabah ölkəyə gətiriləcək - XİN 24 Yanvar 2021, 10:51 İranın Xarici İşlər naziri bu gün Bakıya gəlir - NAZİRLİKDƏN AÇIQLAMA 24 Yanvar 2021, 10:44 Almaniyada virusa yoluxanların sayı yenə artdı 24 Yanvar 2021, 10:36 Azərbaycan kubokunda yeni mövsüm başlayır 24 Yanvar 2021, 10:34 Çində 14 gün dağıntılar altında qalan şaxtaçı xilas edildi 24 Yanvar 2021, 10:21 Gömrük Akademiyası 9 yaşını qeyd edir 24 Yanvar 2021, 10:16 Ya rəhbərlik dəyişəcək, ya da idarəetmə Müşahidə Şurasına keçəcək - Rövnəq Abdullayev erası bitir 24 Yanvar 2021, 10:11 Yanvarın 24-ü Beynəlxalq Təhsil Günüdür 24 Yanvar 2021, 10:05 Türkmənistan Prezidenti Azərbaycanla anlaşmadan danışdı: “Tarixi hadisədir” 24 Yanvar 2021, 09:59 Pentaqon rəhbəri: ABŞ Çinlə mübahisəli adanı qoruyacaq   24 Yanvar 2021, 09:51