Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) daha bir kadr dəyişikliyi edilib.
TƏBİB-dən Modern.az-a verilən məlumata görə, Akif İrzaxan oğlu Qurbanov TƏBİB-in V.Y.Axundov adına Elmi-Tədqiqat Profilaktika İnstitunda elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, tibb üzrə elmlər doktoru, professor Akif Qurbanov Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 13 iyun tarixli Sərancamı ilə “Əməkdar müəllim” adına layiq görülüb.
2005 – 2011 Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti, 2012- 2019 Azərbaycan Tibb Universiteti, Təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri olaraq çalışıb.
Eyni zamanda, Azərbaycan Tibb Universiteti, Elmi Tədqiqat Tədris-Klinik Mikrobiooji Laboratoriya həkimi, Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının professoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Ekspert Şurasının üzvü kimi fəaliyyət göstərir.