Modern.az

Direktorluğa namizədlərin nəzərinə - Vakant yerlərin siyahısı açıqlandı

Direktorluğa namizədlərin nəzərinə - Vakant yerlərin siyahısı açıqlandı

26 Sentyabr 2020, 10:23

Cari il üzrə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə 552 vakant yer çıxarılacaq.

 

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumata verilib.

 

Direktorların işə qəbulu üzrə müsabiqəyə sentyabrın 28-dən start veriləcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər oktyabrın 2-si saat 23:59-dək elektron qeydiyyat zamanı müvafiq məlumatları daxil edərək tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.

 

Namizədlər bu link vasitəsilə müsabiqə üzrə elan ediləcək vakant yerlər və müvafiq məlumatlarla tanış ola bilərlər:

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub