Modern.az

Mehriban Əliyeva: “İşğal altında olan bir neçə yaşayış məntəqəsi azad edilib”

Mehriban Əliyeva: “İşğal altında olan bir neçə yaşayış məntəqəsi azad edilib”

27 Sentyabr 2020, 17:15

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva cəbhədəki düşmən təxribatı ilə bağlı paylaşım edib. 

 

Modern.az xəbər verir ki, Birinci vitse-prezidentin Instaqram hesabında yayımlanan paylaşımda deyilir:

 

“Azərbaycan Ordusu hərbi təxribata cavab olaraq hazırda əks-hücum əməliyyatı keçirir. Deyə bilərəm ki, əməliyyat uğurla keçirilir. Uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulub. Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi azad edilib”.

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu barədə Təhlükəsizlik Şurasının iclasında məlumat verib.

 

Ordumuzun uğurlu əks-hücum əməliyyatı münasibətilə Azərbaycan xalqını təbrik edən dövlətimizin başçısı deyib:

 

“Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır!”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir