Arxiv
15 Oktyabr 2020, 09:10 | PARLAMENT
“Bu gün Ermənistanın o uşaqlara verməyə cavabı yoxdur” - MÜSAHİBƏ

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ermənistan Silahlı Qüvvələrinin Gəncədə mülki əhalini hədəf alması ilə bağlı Modern.az-a müsahibə verib.

- Bahar xanım, Ermənistan Silahlı Qüvvələri növbəti dəfə  vandalizmə əl ataraq, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni raket atəşinə tutdu. Komitə sədri olaraq bu barədə fikirlərinizi eşitmək istərdik.

- Bilirsiniz ki, Ermənistanın hazırki hərbi-siyasi rəhbərliyi bir müddət əvvəl Gəncəni və Mingəçeviri hədəf aldığını bəyan etmişdi. Birmənalı söyləmək lazımdır ki, baş vermiş bu hadisə, Gəncəyə gecəyarısı edilən raket hücumu Emənistan tərəfindən 500 minlik əhalisi olan qədim şəhərimizə, onun mülki əhalisinə qarşı terror aktıdır, hərbi cinayətdir. Bu, beynəlxalq hüquqa, Cenevrə Konvensiyalarının müddəalarına zidd əməllərdir. Həmçinin, insanlıq əleyhinə cinayətlərin  göstəricisidir. Bu, davamlı olaraq törətdikəri vəhşi soyqırımılarına, heç bir çərçivə tanımayan vandalizm aktlarına dünya ictimaiyyətinin susqunluğu səbəbindən cəzasız qalmalarının ağır nəticəsidir.

- Cinayətkarların cəzalandırılması ilə bağlı beynəlxalq təşkilatlar mütəmadi olaraq məlumatlandırılırmı? Komitə olaraq müraciətlərə necə reaksiya verilir? İkili yanaşma varmı?

- Azərbaycan dövləti bunun üçün lazım olan addımları atır, müvafiq qurumlar öz səlahiyyətləri çərçivəsində şəraiti dəyərləndirir, sənədləşdirir, beynəlxalq ictimaiyyət məlumatlandırılır. Komitəmiz də aidiyyəti beynəlxalq təşkilatlara öz müraciətini ünvanlayıb. Həmçinin, digər ölkələrdəki uyğun dövlət orqanlarına və tərəfdaşlarımıza lazımi məlumatları müntəzəm olaraq ötürürük.

Ermənilərin hədəfi əlbəttə ki, xalq arasında çaxnaşma və təşviş yaratmaq idi. Onlar bu hədəflərinə çatmadılar, əksinə, dünya ictimaiyyətinin gözündə cinayətkar və təcavüzkar mahiyyətlərini növbəti dəfə sübut etdilər.

- Milli Məclisin deputatı  olduğunuz vaxtlarda beynəlxalq təşkilatlarla daha sıx əməkdaşlıq etmisiniz. Təbii, onların yanaşması qanedici olmayıb. ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər  məsələyə soyuqqanlı və laqeyd yanaşıb. Bu ənənə indi də davam edir. Sizcə, niyə təqdim etdiyimiz hər hansı sənədə standart cavablar verilir? 

- Beynəlxalq təşkilatlarda birmənalı olaraq indiyə kimi hansısa bir sənədi qəbul etdirmək həm ölkələrin mövqeyi, həm də prosedur baxımından vaxt və ardıcıl səylər tələb edir. Hər hansı sənəd müzakirəyə təqdim olunanda müxtəlif mövqelərə rast gəlinə bilər. Kimlərsə açıq-aşkar cinayətkarı müdafiə edəcək, kimlərsə tamam əksini göstərəcək. Beynəlxalq aləmdə birmənalı mövqeyi olan ölkələr təəssüf ki, çox azdır. Parlament assambleyaları da bir qayda olaraq ən fərqli cərəyanların, siyasi təşkilatların nümayəndələrindən ibarət olur. Tərkib davamlı olaraq dəyişir. Lakin ölkələrin hökümətlər, prezidentlər səviyyəsində qəbul etdiyi sənədlər var ki, o sənədlər dayanıqlıdır. Məsələn, BMT-nin dörd qətnaməsi kimi. Bunların yerinə yetirilməsi təmin olunmalıdır. Bu gün Azərbaycan bu sənədlərdə əksini tapan şərtlərin reallaşdırılmasıyla, işğalçı Ermənistanın qoşunlarını və kənar qüvvələrini Azərbaycan ərazisindən çıxarmaqla məşğuldur.

O ki, qaldı reaksiyalaraa, onlar müxtəlifdir. Amma sizi əmin etmək istəyirəm ki, Azərbaycan uğurlarını artırdıqca, tərəfdarları da çoxalacaq. Çünki biz haqqımız olanı geri qaytarırıq, ədaləti bərpa edirik. Beynəlxalq hüququn bərqərar olmasına canımızla, qanımızla töhfə veririk.


- Maraqlıdır, beynəlxalq aləmdəki şəxsi dostlarınızın məsələyə münasibəti necədir?

- Komitə olaraq münasibətdə olduğumuz beynəlxalq qurumlara, onların regional nümayəndələrinə məlumatları göndəririk. Bugünlərdə UNİCEF-in Avropa və Asiya ölkələri üzrə regional direktoru ilə keçirdiyimiz onlayn görüşdə də mövqeyimizi, fikirlərimizi onlara çatdırdıq.  Həmçinin, BMT-nin və UNİCEF-in Azərbaycandakı nümayəndələri ilə üzbəüz görüşdə ətraflı fikir mübadiləsi apardıq.

İtaliyada, Almaniyada, Türkiyədə, Qazaxıstanda, Ukraynada və digər ölkələrdə şəxsən tanıdığım parlamentarilər var ki, məsələyə ədalətli yanaşırlar. İndi hər kəs  səsini qaldırmalı, bacardığını etməlidir. Biz hər kəsdən beynəlxalq hüquqa münasibətini bildirmələrini istəyirik. Çünki bizim mövqeyimiz məhz bu normalara əsaslanır. Bu dəyərləri qəbul edənlər əlbəttə ki, obyektiv mövqe göstərirlər. Əmin olun ki, artıq Ermənistanı açıq şəkildə müdafiə etmək çətindir. Odur ki, bu ölkəni müdafiə xarakterli çıxışlar da azalmaqdadır.

- Gəncə hadisələrində hədəf mülki əhali olduğundan uşaqların daha çox travma aldığını söyləmək olar. Sizin övladınız da sosial şəbəkələrdə aktivdir. Bu o deməkdir ki, baş verənlərdən xəbərdardır. Bir uşaq olaraq yaşıdlarının erməni vəhşiliyi ilə üz-üzə qalmasına necə reaksiya verir?

- Bütün uşaqlar kimi, o da olanlara birmənalı olaraq etiraz edir. Ermənistanın vəhşiliyinin dayandırılmadığının səbəbləri haqda soruşur. Təbii ki, hər bir suala uşaqların anlaya biləcəyi tərzdə cavab verməyə çalışmaq lazımdır. Oxuduqları, öyrəndiklərindən gəldiyi qənaətlərdən onları döndərmək deyil, düzgün istiqamətə yönəltəmək vacibdir.

Ümumiyyətlə, vaxt gələcək bizim uşaqlarımız o sualların tam və dəqiq cavabını özləri tapacaqlar. Bizim qarşısında çətinlik çəkdiyimiz sualların cavabı bugün döyüş meydanında verilir. Həmçinin, informasiya müharibəsində gedən döyüş, müharibə meydanında gedən döyüşdən heç də az əhəmiyyət kəsb eləmir. Əgər 12 yaşlı uşaq ordumuza maddi yardım etməyə çalışırsa, 14 yaşlı uşaq Paşinyanı ittiham edirsə, bu Ermənistanın yanlış yolda olduğunun göstəricisidir. Bu gün Ermənistanın o uşaqlara verməyə cavabı yoxdur.

- Belə bir fikir var idi ki, gənclərimiz vətənpərvər deyil. Amma Qarabağı görməyən uşaqlar bu gün cəbhədə Qarabağ uğrunda savaşır. Bu məsələdə valideynlər daha çox günahlandırılırdı. Sizcə, bu gün cəbhədə savaşan vətənpərvər gənclərin yetişdirilməsində kim qalibdir?

- Bu sualın cavabında hər şey var. Bu ailədəki mühitdən, verilən tərbiyədən, məktəbdən, ən başlıcası dövlətimizin əsaslandığı ideoloji və mənəvi dəyərlərdən asılıdır. Vətənpərvərliyi aşılayan mühit onları tərbiyə edir. Daha çox isə real addımları nümunə götürürlər. Razılaşın ki, bütün bu amilləri qarşılıqlı əsasda real işlərlə möhkəmləndirən rəsmi dövlət siyasətini həyata keçirən, Azərbaycanın və vətəndaşlarımızın təhlükəsizliyini və rifahınlı hər şeydən üstün tutan ölkə Prezidenti cənab İlham Əliyevin gərgin və yorulmaz fəaliyyəti olmasaydı, biz bugünkü hərtərəfli inkişafla möhkəmlənən bir müstəqil dövlət haqda danışa bilməzdik.

Eləcə də bu illər ərzində səngərlərdə, döyüş şəraitində formalaşaraq regionun ən güclü ordusuna çevrilən silahlı qüvvələrimizin xalqımıza aşıladığı güvən hissi olmasaydı, biz çətin və ağır döyüşlərdə ardıcıl qələbə qazana bilməzdik. Deməli, bu prosesdə iştirak edən bütün tərəflər qalibdir. Ona görə ki, bu gün uşaqdan-böyüyə hər kəs “Qarabağ Azərbaycandır!” şüarı ətrafında birləşməyin bəhrələrini görür. Azərbaycan bayrağı bir-birinin ardınca işğaldan azad edilən şəhər və kəndlərimizdə dalğalanmaqdadır. Biz bu günə inandığımız və məqsədə doğru yolda birgə addımladığımıza görə mübariz, vətənpərvər, cəsarətli və qəhrəman övladlar yetişdirə bilmişik. Buna görə də artıq düşmən əsgərləri silahlarını atıb qaçırlar. Onlar bilirlər ki, gec-tez tərk edəcəkləri bu torpaqlar onların deyil. Özgə evlərinə girib qapısını bağlayanların isə tale qapıları bağlanacaqdır.

- Bahar xanım, qızınız yaşıdlarının yaşadığı Gəncəyə getmək istəyirmi? Onun istəyinə reaksiyanız necədir? 

- Əlbəttə, o da digər bizim vətənpərvər uşaq və yeniyetmələrimiz kimi dəfələrlə yaralanan insanlara, ordumuza baş çəkmək, hər şeyi öz gözləri ilə görmək istəyir. Düşünürəm ki, uşaqları belə addımlardan çəkindirmək yox, bu ruhda tərbiyə etmək lazımdır. Düşməndən fərqli olaraq onlara, digərlərinin torpaqlarına göz dikməyi yox, öz torpaqlarımızın azadlığı uğrunda hər cür savaşa hazır olmağı aşılamalıyıq.

Hazırda Komitəmiz də mümkün olduğu qədər  ailələrlə əlaqə saxlamağa, onlara dəstək olmağa çalışır.  Xüsusilə zərər çəkənlərlə, şəhid ailələri ilə məşğul oluruq.  Bununla bağlı yaxın günlərdə hesabat hazırlayıb, ictimaiyyətə təqdim edəcəyik.


Namidə BİNGÖL
Fidan Əli

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabunçu sakini bıçaqla qətlə yetirilib 24 Oktyabr 2020, 11:05 Ermənistan bu dəfə Goranboy-Naftalanı atəşə tutur - Müdafiə Nazirliyi 24 Oktyabr 2020, 11:00 Düşmənin bu gecə məhv edilən döyüş texnikaları - VİDEO 24 Oktyabr 2020, 10:55 Baş Nazir qərarına dəyişiklik etdi 24 Oktyabr 2020, 10:50 Kəlbəcərin təbii sərvətlərinin təhlili 24 Oktyabr 2020, 10:42 “Ərazilər dronla işğaldan azad edilmir, onu əsgərlər azad edir” - İlham Əliyev 24 Oktyabr 2020, 10:36 ABŞ “Hizbullah”la bağlı məlumata görə 10 milyon dollar verəcək 24 Oktyabr 2020, 10:30 Düşmən Tərtər və Bərdəni atəşə tutur - Müdafiə Nazirliyi 24 Oktyabr 2020, 10:23 “İşğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik” - “Figaro” qəzetinə MÜSAHİBƏ 24 Oktyabr 2020, 10:15 Cəlilabadda karantin qaydalarına riayət etməyənlərlə bağlı reyd keçirilib 24 Oktyabr 2020, 10:10 20 manatın üzərində “Qarabağ Azərbaycandır” yazılacaq 24 Oktyabr 2020, 10:05 Düşmənin zərbə pilotsuz uçuş aparatı ZƏRƏRSİZLƏŞDİRİLDİ 24 Oktyabr 2020, 10:00 Azərbaycanın Böyük Britaniyadakı səfiri növbəti videobrifinq keçirib  24 Oktyabr 2020, 09:54 Neft yenidən ucuzlaşdı 24 Oktyabr 2020, 09:47 Dünyada koronavirusa yoluxanların sayı 42 milyonu keçdi - STATİSTİKA 24 Oktyabr 2020, 09:40 Bolqarıstanın Baş naziri özünü izolyasiya etdi 24 Oktyabr 2020, 09:33 Bakıda kişi arvadını qətlə yetirib, intihara cəhd etdi 24 Oktyabr 2020, 09:25 Bakıda minik avtomobili yanıb 24 Oktyabr 2020, 09:20 Ceyhun Bayramov ABŞ-da azərbaycanlılarla görüşdü 24 Oktyabr 2020, 09:15 Paytaxtda siqaret yanğına səbəb oldu 24 Oktyabr 2020, 09:07 Bakının küçələri yenidən dezinfeksiya edilir - FOTOLAR 24 Oktyabr 2020, 09:00 “Ermənistanın atdığı “Smerç” yaşayış evinin həyətinə düşüb” - Hikmət Hacıyev 24 Oktyabr 2020, 08:38 Cəbhədə ağır döyüşlər davam edir - vacib yüksəkliklər azad edildi 24 Oktyabr 2020, 08:01 Hulusi Akar NATO-da Türkiyənin Azərbaycanı dəstəklədiyini bildirdi 24 Oktyabr 2020, 07:52 “Növbəti bir neçə ay çox çətin olacaq” - ÜST-dən xəbərdarlıq 24 Oktyabr 2020, 07:43 Ceyhun Bayramov Nensi Pelosi ilə Qarabağ münaqişəsini müzakirə etdi 24 Oktyabr 2020, 07:32 Azərbaycanın Xarici İşlər naziri həmsədrlərlə görüşdü 24 Oktyabr 2020, 06:42 Cəbhə gündəliyi: 23 oktyabrda nələr oldu... 24 Oktyabr 2020, 02:06 Fransa və Almaniyada yaşayan ermənilər Qarabağa yardım adı ilə silah göndərir - FOTO 24 Oktyabr 2020, 02:04 “İrəvan Moskvanı münaqişəyə cəlb etmək istəyir” - Mustafa Şentop 24 Oktyabr 2020, 00:59 “Trampın Qarabağla bağlı hansı irəliləyişdən danışdığını bilmirik” - Kremldən açıqlama 24 Oktyabr 2020, 00:48 Türkiyədə COVID-19-a yoluxanların sayı artır 24 Oktyabr 2020, 00:32 Akar NATO nazirləri ilə danışdı: “Ermənistan Azərbaycan torpaqlarını dərhal tərk etməlidir” 24 Oktyabr 2020, 00:20 “Ermənistanla müharibəyə bu əsasda son qoyula bilər” - Ceyhun Bayramov 24 Oktyabr 2020, 00:07 Aviasiyamız düşmənin artilleriya bölmələrini darmadağın etdi - VİDEO 23 Oktyabr 2020, 23:54