Arxiv
24 Oktyabr 2020, 16:36 | DİASPOR
Xarkov vilayətində Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinka yad edilib

Ukraynanın Xarkov vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinkanın doğum günündə onun ailəsinin yaşadığı Zmiyev şəhərinə səfər ediblər. "Dostluq" Ukrayna-Azərbaycan Dostluq Cəmiyyətinin təmsilçiləri Milli Qəhrəmanın məzarını, ailəsini, vaxtilə təhsil aldığı 1 saylı liseyi və şəhər müzeyini ziyarət ediblər.

 

Ruslan Polovinkanın məzarı üzərinə güllər düzən soydaşlarımız onun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Burada çıxış edən "Dostluq" cəmiyyətinin sədri Murad Ömərov 23 yaşlı ukraynalı gəncin Dağlıq Qarabağda göstərdiyi şücaətdən danışıb. Qeyd edib ki: 28 il sonra Azərbaycanın Milli Qəhrəmanları Ruslan Polovinka və Viktor Seryoginin, eləcə də vaxtilə Dağlıq Qarabağda erməni işğalçılarına qarşı haqq savaşında qəhrəmancasına həlak olmuş ukraynalıların ruhu şaddır. Çünki hazırda Azərbaycan ordusu erməni qəsbkarlarının işğal etdiyi torpaqlarımızı azad edir" - deyə o, bildirib.

 

Qəhrəmanın təhsil aldığı Zmiyev şəhər 1№li liseyində Ruslan Polovinkanın memorial lövhəsi önünə gül-çiçək qoyulub. Qeyd edək ki, lövhənin burada yerləşdirilməsi 2016-cı ildə "Dostluq" cəmiyyətinin təşəbbüsü ilə baş tutub. Tədbirdə çıxış edən natiqlər qeyd ediblər ki, ukraynalı qəhrəman Azərbaycan xalqının yaddaşında əbədi yer tutub. Gənclərin vətənpərvər ruhda tərbiyə olunduğuna, tədbirin təşkili və keçirilməsinə göstərdiyi yardıma görə lisey direktoru Lidiya Dudarevaya minnətdarlıq bildirilib.

 

Şəhər diyarşünaslıq muzeyində olarkən soydaşlarımıza və qəhrəmanın atası Aleksandr Polovinkaya Milli Qəhrəmanın igidliyinin də təsvir olunduğu "Sənin fəxrin Zmiyiv!" kitabı hədiyyə olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Heydər Əliyev prospektində yol qəzası... 12 May 2021, 09:49 Azad olunmuş ərazilərə keçmək istəyən 9 nəfər saxlanıldı 12 May 2021, 09:47 Bu gün Şuşada “Xarı bülbül” festivalı BAŞLAYIR 12 May 2021, 09:28 Tanınmış ictimai xadimlər və jurnalistlər Şuşaya GETDİLƏR 12 May 2021, 09:21 Amerikalı hüquqşünas hay kilsəsinin həyasızlığı barədə… 12 May 2021, 08:58 Arif Quliyevin o dünyadakı QONŞULARI: “Qurd qapısı”nda torpağa qarışan MƏŞHURLAR... 12 May 2021, 08:33 Qazax Müəllimlər Seminariyası bərpa edilib 12 May 2021, 08:30 Kəlmeyi-şəhadətini dostları ilə birgə oxuyan Əməkdar artist - Azər Mirzəyevin SON GÜNÜ 12 May 2021, 08:26 İsrail “Həmas” hərbi kəşfiyyatının rəhbərlərini məhv edib 12 May 2021, 08:18 Tatarıstanda matəm elan edildi 12 May 2021, 08:03 İranda prezidentliyə namizədlərin qeydiyyatı başladı 12 May 2021, 07:54 BMT Təhlükəsizlik Şurası təcili TOPLAŞIR 12 May 2021, 02:41 Bakıda piyadanı maşın vurub öldürdü 12 May 2021, 02:32 "Onlar bunu öz həyatları ilə ödəyəcəklər" - Netanyahudan hədə 12 May 2021, 02:25 "Barselona" səfərdə vacib xal itirdi 12 May 2021, 02:08 “Formula 1”in Türkiyə mərhələsi ləğv olundu 12 May 2021, 01:00 İsrailin Qəzzaya hava zərbələri nəticəsində 10 uşaq öldü 12 May 2021, 00:53 Tel-Əvivdəki hava limanı raket zərbələrinə görə uçuşları dayandırır 12 May 2021, 00:44 Türkiyədə bu tarixdən mərhələli yumşalma planlaşdırılır 12 May 2021, 00:35 Bakıda I qrup əlil bıçaqlandı 12 May 2021, 00:19 Çempionlar Liqasının finalı İstanbuldan Portuya veriləcək? 12 May 2021, 00:05 “Beşiktaş”la “Fənərbaxça” büdrədi - “Qalatasaray”  sevindi 11 May 2021, 23:51 Azərbaycanlı güləşçi Tokio-2020-də Ukraynanı təmsil edəcək 11 May 2021, 23:36 İsrail Qəzzaya eyni anda 80 qırıcıdan zərbə endirdi 11 May 2021, 23:20 "Mançester Siti" vaxtından əvvəl çempion oldu 11 May 2021, 23:08 HƏMAS Tel-Əvivə 130 raket atdığını açıqladı 11 May 2021, 22:55 Mark Zukerberq keçilərinə ad verdi - FOTO 11 May 2021, 22:44 BMT Baş katibindən Fələstin və İsrailə çağırış 11 May 2021, 22:28 Türkiyə daha 5 PKK-çını məhv etdi 11 May 2021, 22:13 Prezidenti təhqir edənlər istintaqa cəlb edildi 11 May 2021, 22:01 Prezident vacib mesajlar verdi 11 May 2021, 21:46 ÜST koronavirusla bağlı son vəziyyəti açıqladı 11 May 2021, 21:35 Türkiyədə virusdan ölənlərin sayı artdı 11 May 2021, 21:19 “Barselona” bu müdafiəçini heyətinə qatır 11 May 2021, 21:04 Balakəndə maşın çaya düşdü - ölən və yaralananlar var 11 May 2021, 20:50