Ermənistan Silahlı Qüvvələrinin Gəncəni atəşə tutması nəticəsində ölən Rusiya vətəndaşı, 13 yaşlı Artur Mayakovun xatirəsini ehtiramla yad edilib.

 

Modern.az Trend-ə istinadla xəbər verir ki, aksiya Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında təşkil edilib.

 

Qeyd edək ki, Ermənistanın Gəncəyə raket zərbəsi nəticəsində oktyabrın 17-də yaralanan həyat eşqi ilə dolu və gələcəyi xəyal edən 13 yaşlı Rusiya vətəndaşı Artur Vladimiroviç Mayakov bu gün vəfat edib.