Modern.az

Deputat Ceyhun Məmmədov “Əl-Cəzirə”yə cəbhədə baş verənlərdən DANIŞDI

Deputat Ceyhun Məmmədov “Əl-Cəzirə”yə cəbhədə baş verənlərdən DANIŞDI

Aktual

26 Oktyabr 2020, 13:34

Milli Məclisin deputatı Ceyhun Məmmədov oktyabrın 25-də “Əl-Cəzirə” televiziya kanalına cəbhədə baş verən son hadisələrdən bəhs edib.

             
Modern.az-ın məlumatına görə, deputat qeyd edib ki, “Ermənistan və Azərbaycan arasında hazırkı münaqişə 30 ildən artıqdır ki davam edir, lakin bu vaxta kimi sülhə nail olunmayıb.

“Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki fəaliyyət göstərir, amma heç bir nəticə yoxdur. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistandan açıq şəkildə tələb olunurdu ki, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarsın. Təəssüf ki, 27 il ərzində bu qətnamələr icra edilməmişdir. Ermənistan və Azərbaycan arasında münaqişənin davam etməsinin səbəbi odur ki, Ermənistan sülh istəmir və onlar bizim torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər.  Ermənistan ordusu işğal etdikləri ərazilərdən qeyd-şərtsiz çıxmalıdır.

Sentyabrın 27-də onlar ağır silahlarından artilleriya bombardmanına başladılar və hücumun ilk saatlarında bizdə mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. Bu vaxta kimi mülki şəxslər arasında 63 nəfər öldürülmüşdür və demək olar ki, 300 nəfər mülki şəxs yaralanmışdır. Oktyabrın 10-da Moskvada Azərbaycanın, Ermənistanın və Rusiyanın Xarici İşlər naziri atəşkəs barədə birgə bəyanat verdilər. Lakin, növbəti gün ermənilər Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə, toqquşmaların baş verdiyi ərazidən çox uzaqda yerləşən Gəncəyə ballistik raketlə hücum edərək 10 mülki şəxsi qətlə yetirmiş və 30-dan çoxunu yaralamışlar. Sonra oktyabrın 17-də Gəncəyə ikinci ballistik raket hücumu oldu və 15 insan qətlə yetirildi.

Ermənistanın işğalçılıq siyasətinə dəstək verən ölkələri məsələyə tarixi ədalət və mövcud reallıq prizmasından baxmalıdır”, - Ceyhun Məmmədov bildirib. 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü