Arxiv
27 Oktyabr 2020, 10:47 | MEDİA
Böyük xəyallara atılan MƏRMİLƏR

Vəfa ALLAHVERDİYEVA      
   
                                     

Qarabağda erməni hökmranlığının füziki məhvinin vaxtının çatdığını  bütün dünyaya nümayiş etdirən,  MƏHARƏTLİ BİR BEYİNLƏ yürüdülən siyasətin seyrciləriyik.


Niyə başladı, necə başladı, Rusiyanın qəddar xislətini nə yumşaltdı, Türkiyənin güclü əli əlimizi nədən açıq-aşkar möhkəm tutdu- bütün bunlar  qalın sirr pərdəsinə bürünən, siyasətin  alt qatlarına aid incəliklər və əsasən politologiyanın məşğul olduğu bir məsələdir; cəmiyyəti maraqlandırmaz.


Cəmiyyətə  lazım olan Dağlıq Qarabağın əsl sahibinə qaytarılması tamaşasının gerçəkliyi,  beləliklə, bölgədə ədalətin, haqqın, huzurun  hökmranlıq etməsidir! Artıq bu, bir gerçəkdir ki, Qarabağın taleyində QARANLIQLA İŞIĞIN  növbələşməsi başlayıb!..


Azərbaycan əlini həmişə VƏFA KƏMƏRİNƏ qoydu ki, danışıqlar pozulmasın, bölgəyə əbədi sülh gəlsin!


Amma “Sülh dövləti” olmaqdan da bezən Azərbaycan günlərin bir günü dönüb “Müharibə dövləti” oldusa, bu, Qafqazın tarixini öyrənmək, tanımaq  istəməyən, Qarabağın azadlığı məsələsinə gözünə nifrət eynəyi taxıb baxan dünyanın riyakarlığı ucbatından oldu!


Bölgəni qan gölünə çevirməkdə müqəssir Ermənistanın qarşısına elə bir güclü təbii fəlakət zərbəsi kimi çıxdı ki, düşmən nə qədər sədlər inşaa etməyə, siyasi,  diplomatik bəndlər qurmağa çalışsa da, oxdan çıxan yayın geriyə yolu yoxdur!


30 il öncə bölgədə tikan  əkənlər indi orda TİKAN dərirlər! Qarabağda atılan bombalar təkcə bunkerləri, terrorçuları, dirənmək üçün  ard-arda daşınan hərbi teknikanı  məhv etmir, həm də Ermənistanın üç yüz illik  XƏYALLARINI ÖLDÜRÜR! 30 ildəki böyük arzularını ATƏŞDƏ KÜLƏ ÇEVİRİR!..              


Qarabağ masalarda sahibinə geri verilmədi, indi Azərbaycan onu DİŞİ  və DIRNAĞI ilə qoparıb alır.


Hansı zəfər qələmin mürəkkəbində, mötəbər imzalarda yatır ki?!


Hansı savaş masalarda bitir ki?!


Tarixin bütün müharibələri qanla yazılır!


Müharibə vasitələrinə malik olmayan, müharibəni öyrənməyən dövlət işğalçının ayağı altında sona kimi əzilər, məhv olub yoxa çıxar. Bu, bir gerçəkdir!  


Coğrafi qonşuluq alın yazımız ola bilər, lakin işğalla barışmaqda nə qəzavü-qədər düşüncəsi ola bilər, nə də alnımızdakı, əlimizin içindəki  tale xətti! Azərbaycan toplumu belə yaramaz mövhumatçı təbiətə heç vaxt sahib olmadı.


Hərbi paradlarda nümayiş olunan müasir silahlar, intizamlı ordu, hər il artırılan hərbi büdcə sübut edirdi ki,  Azərbaycan Qarabağdakı yenilgiyi qəbul etməyəcək. Şəri təmsil edən, göylə gedən  Ermənistanı havadarları yerə endirmək istəmirsə, 30 illik “zəfər” sərxoşunu  durdurmağın bir yolu  mütləq tapılacaq!     


Fürsətlər axtarışı var idimi? Var idi! Tale İlham Əliyevə öz ölkəsinin sərhədlərini haqsızlıqdan qurtarmaq fürsətini, zamanını BU GÜNƏ tanıdı!


Azərbaycan yüz illərdir savaş təcrübəsi qazanan Türkiyədən vuruşmağı öyrəndi; şəhidi üçün ağlamamağı öyrəndi və onun mənəvi dəstəyini əskiksiz alaraq HİLALa dayanan bir zəfər üçün xeyirli yola çıxdı. Nə yaxşı ki də çıxdı! 


Xalq və  dövlət öz neqativ enerjisini, haqlı qəzəbini  bəyanatlara, quru kağız parçaları üzərinə uzunmüddətli tökə bilməzdi; böyük-böyük masalardan səs çıxmayanda, Qarabağın müqəddəratı ədalətsiz çevrələrdə qaraldılanda,  əlbətdə ki, bu enerji cəbhədə dağıdıcı rolunu oynamalı, taleyimizi qaraldanların, TALEYİ QARALDILMALIYDI!  


Qarabağın kədərli hekayəsini  dəyişən çılğın GƏNC NƏSİL  romantik xəyallarını, gənclik  əyləncələrini sakit, aydın bir dünyada yaşamalıykən, mərmilərin, topların atəşi altında odlu-alovlu əyləncələr yaşayır; kişilik imtahanı verir; Vətənini qurtarır və bunu edərkən, ona miras qalan bu münaqişədə özündən böyükləri ittiham etmir, içi özümüzdən olan baltaların keçmiş günahlarının sorğu-sualını aparmır, palan içi töküb rəhimlərin, surətlərin, əlikramların üzərinə nifrət püskürmür,  məhz sona qədər qalibiyyət ovqatına köklənir!


Bu nəsil bizim axsaq, qısır vətənpərvərlik təbliğatımızda necə yetişə bilərdi, axı biz illərlə bu təbliğatı o qədər quru, o qədər  şablon təqdim etdik, şou biznesin kölgəsində elə itirdik ki… bu gün heyran olduğumuz vətənsevərlik tablosu içi boş təbliğata, populizmə  deyil, məhz türk
millətinin MÖHTƏŞƏM GENETİK KODLARINA, ölməyən ruhuna borcludur!


Bir uğur qığılcımı, qəlb birliyi ilə əl birliyinin meydana girməsi kifayət etdi ki, vətəninin KİÇİCİK BİR DAĞINA, TƏPƏSİNƏ SANCILAN BAYRAQ lokomativ güc qazanıb, xalqı da, əsas işi görən Ordunu da çəkib öz arxasınca aparsın: düşmənin əlində olan azman dağların ətəklərinə qədər, sıldırımlı qayalara qədər, hər qarışa qədər!!!


Bəlkə bir az gec başlasaydı, o zaman hakimiyyət dəhlizlərindən ayrılan mühafizəkar siyasi qanadın incikliyi, umu-küsüləri ilə qəlizləşən daxili münasibətlər əvvəlki dönəmlərin üslubunda olduğu kimi, dramatik  bir şəkil alardı, diqqəti ayrı istiqamətə çəkərdi. Amma Qarabağ Cəbhəsi varkən, başqa nə cəbhə ?!


Proses göstərdi ki, Azərbaycanın təcrübəsində yaşanan köhnə pis variantlar çoxdan dərin quyulara atılıb.  Savaş olacaq yeganə Cəbhə Qarabağdır! Qarabağ MƏNƏVİ QİBLƏ kimi hamının-müxalifətin də, elit cəmiyyətin də, sosial baxımdan aşağı təbəqənin də bütün enerjisini, səyini, mübarizəsini özünə sarı çevirməyi bacardı.             


Tale Azərbaycanın üzünə gülür! Xocalının qisası alınır! Amma ciddi, nümunəvi  əxlaq kodeksi tərbiyəmizi, VİCDANIMIZI  buxovlamasaydı, yaddaş sandığında qanlı hadisələr, acı xatirələr, qorxunc erməni vəhşiliklərini saxlayan xalqımızın qisas cavabı adekvat veriləcəkdi və intiqam o zaman hesab olaraq bərabərləşəcəkdi!


Amma yenə də şərt o deyil ki, intiqam başı kəsilən uşaqlarla alınsın; İŞĞAL ZƏNCİRİndən bir-bir qoparılan torpaqlar, tamamlanmaq üzrə olan HİLAL    Azərbaycanın Ermənistan üzərindəki qələbəsinin OLİMP ZİRVƏSİdir. Ermənistan  özgə torpaqlarında əkdiyi zəhərli ağacın meyvəsini özü yeyir!!!


…ORDUDAN sonra o gözəl torpaqlara YOL bizimdir!


Qarabağı TİKMƏK üçün!


Qarabağı görmək, ƏTRİNİ DUYMAQ üçün!!!  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35 “AzerTelecom”un layihəsi beynəlxalq konfransda müzakirə edilib - FOTO 30 Noyabr 2020, 21:29 Ermənistanda növbəti etiraz aksiyası 30 Noyabr 2020, 21:21 Gürcüstanda zəlzələ 30 Noyabr 2020, 21:07 Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib - RƏSMİ 30 Noyabr 2020, 20:54 Tramp vaksinin istifadəsinə icazə verməyə çağırdı 30 Noyabr 2020, 20:49 Gürcüstanda nazir və müavini koronavirusa yoluxdu 30 Noyabr 2020, 20:36 Nazir Günay Əfəndiyeva ilə görüşdü 30 Noyabr 2020, 20:24 Salyanda azyaşlını maşın vurdu 30 Noyabr 2020, 20:13 Qızıl və gümüş ucuzlaşdı 30 Noyabr 2020, 20:03 Nazirlik qazi Kənanı nəzarətə götürdü - anası işlə təmin edildi 30 Noyabr 2020, 19:52 Rusiya sülhməramlıları üçün növbəti maddi-texniki təminat vasitələri gətirildi - VİDEO 30 Noyabr 2020, 19:43 Şamil Ayrım İlham Əliyevi təbrik etdi 30 Noyabr 2020, 19:34 Türk minaaxtaranlar Qarabağda - FOTO 30 Noyabr 2020, 19:25 Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı AÇIQLAMA 30 Noyabr 2020, 19:16 Bayrağı uca 30 Noyabr 2020, 19:07
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?