Modern.az

Yerevandan Qarabağ ermənilərinə GÖSTƏRİŞ : Xankəndi və Şuşa tam boşaldılsın!

Yerevandan Qarabağ ermənilərinə GÖSTƏRİŞ : Xankəndi və Şuşa tam boşaldılsın!

Qarabağ

28 Oktyabr 2020, 13:48

Ermənistan Müdafiə Nazirliyi Qarabağdakı azsaylı erməni əhaliyə müraciət edib.

 Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Nazirlik Şuşa və Xankəndindəki ermənilərdən ərazini tam boşaltmağı tələb edib.

 

Nazirliyin rəsmisi Artsrun Ovannisyan sakinlərə bu addımın təhlükəsizlik məqsədilə atıldığını deyib. Bölgədə olan jurnalistlər isə Azərbaycan Ordusunun ciddi irəliləyişi fonunda hərbi əməliyyatların bu şəhərələrə yaxınlaşdığını söyləyib.

 

Qeyd edək ki, Ermənistan rəsmiləri Qarabağda yaşayan 90 mindən artıq erməni mənşəli sakinin Ermənistan ərazisinə köçürüldüyünü açıqlamışdı.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi