Arxiv
30 Oktyabr 2020, 07:26 | AKTUAL
İstanbulda teleqüllə iki qardaş ölkənin bayraqlarının rəngində işıqlandırılıb

Türkiyənin Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü bütün respublikada olduğu kimi, İstanbulda da böyük təntənə ilə qeyd olunur.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, bayram münasibətilə İstanbulun Taksim meydanında yerləşən “Cumhuriyyət Abidəsi” ziyarət olunub, qarşısına əklillər düzülüb. Taksim meydanında Azərbaycan və Türkiyənin böyük bayraqları dalğalandırılıb.

Şəhərin yeni istifadəyə verilən televiziya qülləsi iki qardaş ölkənin bayraqlarının rəngində işıqlandırılıb.

Bayram münasibətilə İstanbul Valiliyində mərasimi təşkil olunub.

Tədbirdə çıxış edən İstanbul valisi Ali Yerlikaya Türkiyə Respublikasını XX əsrdə yoxsulluğa rəğmən, gözünü qırpmadan, qorxmadan cəbhəyə atılan ölkəyə inanan əcdadların ən böyük zəfəri adlandırıb. O deyib: “Bu, kədərdə və sevincdə bir olan millətimizin əsəridir. 1923-cü il oktyabrın 29-da Atatürk tərəfindən Türkiyə Cümhuriyyəti elan ediləndən bəri hər gün biz hamımız Cümhuriyyətik”.

İstanbulun Pendik Bələdiyyəsi tərəfindən bu əlamətdar gün münasibətilə təşkil olunan tədbirdə xüsusi hazırlanmış 97 metrlik Türkiyə bayrağı ilə yanaşı, böyük Azərbaycan bayrağı da açılıb. Pendikin Gənclər Millət Bağçasında təşkil olunan tədbirdə qardaş Azərbaycana dəstək şüarları səsləndirilib.

Bayram şənlikləri çərçivəsində 1940-1070-ci illər istehsalı olan klassik avtomobillərdən ibarət karvan İstanbulun mərkəzi küçələrində dolaşıb. Bununla yanaşı, şəhərin Üsküdar Velosiped Peloton İdman Klubunun təxminən 50 üzvü səhər saatlarında bir araya gələrək Üsküdar meydanında velosiped yürüşü təşkil ediblər. Tədbir Üsküdar Bələdiyyəsi tərəfindən təşkil olunub.

Bu il ilk dəfə olaraq İstanbulun adalar bölgəsindən başlayaraq hər nöqtəsində bayram şənlikləri və konsert proqramları təşkil olunub. Bu tədbirlər İstanbul Böyükşəhər Bələdiyyəsinin rəsmi internet hesabları vasitəsilə canlı yayımlanıb.

Türkiyə Respublikasının yaranma tarixi və Cümhuriyyətin banisi Mustafa Kamal Atatürkün həyat yolunu əks etdirən “Kamal” teatr tamaşası oktyabrın 22-dən 30-dək tamaşaçılara təqdim edilir.

Oktyabrın 29-da İstanbulun bütün nəqliyyat vasitələri, o cümlədən gəmilər gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Bu bayram yalnız böyük şəhərlərdə deyil, Türkiyənin hər bir bölgəsində böyük təntənə ilə qeyd edilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Laçına komendant təyin olundu 3 Dekabr 2020, 17:50 Ermənistan XİN rəhbəri Moskvaya gedir 3 Dekabr 2020, 17:44 Qubadlı uğrunda şəhid olan müəllim 3 Dekabr 2020, 17:38 “8 noyabr zəfəri düşmənin 200 illik təxribatlarına ən layiqli cavabdır” - Siyavuş Novruzov 3 Dekabr 2020, 17:32 Ceyhun Bayramov Çavuşoğlu ilə danışdı 3 Dekabr 2020, 17:26 Kommersiya banklarının birgə bankomat şəbəkəsi istifadəyə verilib   3 Dekabr 2020, 17:20 Manat və dolların sabahkı məzənnəsi 3 Dekabr 2020, 17:14 Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər 3 Dekabr 2020, 17:08 Şuşa döyüşünün ŞƏHİDİ - Ailənin tək övladı Rəşad Ələkbərovun ömür DASTANI 3 Dekabr 2020, 17:02 FHN bu binanın avtodayanacağını bağladı - VİDEO 3 Dekabr 2020, 16:57 Lavrov Minsk qrupunun Qarabağ münaqişəsindəki rolundan DANIŞDI 3 Dekabr 2020, 16:51 Doktor, sağalacağıma ümid yoxdursa.., 3 Dekabr 2020, 16:47 Azərbaycan əsgərini ruhlandıranlar - VİDEO 3 Dekabr 2020, 16:41 “Azərsu” bölgələrdə içməli su layihələri həyata keçirir 3 Dekabr 2020, 16:37 Vətən uğrunda şəhid olan növbəti qardaşlar... - VİDEO 3 Dekabr 2020, 16:28 Türkiyənin sabiq müdafiə naziri vəfat etdi 3 Dekabr 2020, 16:23 Nazir Azərbaycanın qaz hasilatı ilə bağlı proqnozları açıqladı 3 Dekabr 2020, 16:18 Təqiblərə məruz qalan məşhur ŞUŞALI 3 Dekabr 2020, 16:12 Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi 3 Dekabr 2020, 16:06 Kəlbəcərli üç qardaş dünyasını dəyişdi 3 Dekabr 2020, 16:00 Baş infeksionistdən yoluxanlara çağırış: “Yalnız həkim təyinatı ilə müalicə olunun!” 3 Dekabr 2020, 15:54 Koronavirusa yoluxma yenidən artdı - 40 nəfər ÖLDÜ 3 Dekabr 2020, 15:48 Ceyhun Bayramov ATƏT-in iclasında Dağlıq Qarabağda yaşayan ermənilərdən DANIŞDI 3 Dekabr 2020, 15:27 Sabah şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək - SƏRƏNCAM 3 Dekabr 2020, 15:21 Bakıda Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq 3 Dekabr 2020, 15:16 Kiçik Dəhnənin böyük ürəkli qəhrəmanı - VİDEO 3 Dekabr 2020, 15:10 ATƏT-in sədri: “Qarabağ danışıqları Minsk qrupu çərçivəsində aparılmalıdır” 3 Dekabr 2020, 15:04 Daha bir vəkil koronavirusdan vəfat etdi 3 Dekabr 2020, 14:58 Partiya sədri Paşinyana cinayət işi açmağı TƏLƏB ETDİ 3 Dekabr 2020, 14:53 Milli Məclis işğaldan azad edilmiş ərazilərlə bağlı qanun layihəsi hazırlayacaq 3 Dekabr 2020, 14:50 Ağdama bayrağımızı sancan igidlərimiz - VİDEO 3 Dekabr 2020, 14:45 Hazırda xəstəxanalarda 1245 hərbçi müalicə alır - Nazirlik 3 Dekabr 2020, 14:39 Müdafiə Nazirliyi: 100-dən artıq hərbçimiz müharibədə itkin düşüb 3 Dekabr 2020, 14:34 Vətən Müharibəsində şəhid olan hərbçilərimizin rəsmi sayı AÇIQLANDI 3 Dekabr 2020, 14:31 Bakı-Kiyev marşrutu üzrə çarter reysləri olacaq 3 Dekabr 2020, 14:25
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?