Modern.az

“Qarabağın məşhur müəllimləri” - Bülbül 

“Qarabağın məşhur müəllimləri” - Bülbül 

6 Noyabr 2020, 12:05

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Bülbüldür.

 

Modern.az xəbər verir ki, Murtuza Məşədi Rza oğlu Məmmədov 1897-ci ildə Şuşada anadan olub. Azərbaycan professional vokal sənətinin banisi, professor, ictimai xadim Bülbül böyük və gərgin yaradıcılıq yolu keçib.

 

Çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoyan Bülbül 1931-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında (indiki Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyası) dərs deyib, 1940-cı ildən isə həmin təhsil ocağının professoru olub. O, milli oxuma sənətinin ən layiqli üsullarını rus və Avropa məktəbi ilə birləşdirərək yeni vokal məktəbi yaradıb. Bu məktəb nəinki Azərbaycanda, keçmiş SSRİ məkanında, həmçinin Yaxın və Orta Şərq ölkələrində də vokal sənəti sahəsində öz mühüm təsirini göstərib. Bülbülün bütün əmək fəaliyyəti vətəninə, xalqına, milli musiqi sənətinə fədakarlıqla xidmət etməyin ən bariz nümunəsidir. O, doğma dilinə böyük önəm verərək deyirdi: “Öz dilində elə oxumaq lazımdır ki, bu dili başa düşməyənlər də ondan zövq ala bilsinlər”.

 

Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...