Modern.az

İşğaldan azad edilmiş ərazilərlə bağlı qanun layihəsi hazırlanacaq?  

İşğaldan azad edilmiş ərazilərlə bağlı qanun layihəsi hazırlanacaq?  

Aktual

18 Noyabr 2020, 11:14

Ötən 28 il müddətində bir vaxtlar işğal altında olan torpaqlarımızla bağlı qanun layihəsi parlamentdə müzakirəyə çıxarılsa da, qəbul edilmədi. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə bir çox mühüm məsələləri özündə ehtiva edə bilərdi.


Bu ilin 27 sentyabrında İkinci Qarabağ savaşının başlaması və Vətən müharibəsindən  Azərbaycanın qələbə ilə çıxması belə bir qanun layihəsinin hazırlanmasına ehtiyac yaratmadı.


O zaman sual olunur:


Milli Məclis işğaldan azad edilmiş ərazilərlə bağlı qanun layihəsi hazırlaya bilərmi?


Belə bir qanuna nə dərəcədə ehtiyac ola bilər?


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Modern.az
-a açıqlamasında bildirib ki, hazırda bu məsələ barədə danışmaq tezdir:


“Çünki bir çox məslələr ölçülüb-biçilməlidir.  Müəyyən beynəlxalq məsələlər var ki,  onlar aydınlaşmalıdır. Zərurət yaranacaqsa, mövcud qanunlarımızın hüquqi bazası imkan verəcəksə, belə bir qanun layihəsinin hazırlanmasına ehtiyac olmayacaq. Yox əgər hüquqi baza imkan verməyəcəksə, o zaman  yeni qanun qəbul edə bilərik. Hazırda bu barədə Milli Məclisdə müzakirələr getmir.Əgər belə bir qanuna ehtiyac olarsa, yaz sessiyasına qədər məsələyə baxıla bilər”.


Komitə sədri beynəlxalq hüququn imkan verdiyi qanun layihəsinin hazırlanmasından da söz açıb:


“Geri dönüşlə bağlı dünyada repatriasiya təcrübəsi mövcuddur. Ona görə də beynəlxalq  hüquqa söykənən “Repatriasiya haqqında” qanun qəbul olunacaq. “Repatriasiya haqqında” qanuna əsasən, bu işlər addım-addım həyata keçirilə bilər. Bu qanunda  kimlər və necə qayıdacaq, geri qayıdanların sosial təminatları nədən ibarət olacaq və sairə məsələlər öz əksini tapacaq. Çox güman ki, belə qanuna mütləq ehtiyac olacaq”.


Musa Quliyev məcburi köçkünlər haqqında olan qanundan da söz açıb:


““Qaçqın və məcburi köçkünlərin sosial statusu haqqında” qanunumuz var. Faktiki olaraq həmin qanun bir azdan qüvvədən düşmüş, ya da tam dəyişilmiş vəziyyətdə olacaq. Çünki daha məcburi köçkünlərimiz olmayacaq. Bunun üçün zaman lazımdır ki, müəyyən məsələləri ölçüb-biçək. Hüquqi bazanın genişləndirilməsinə zərurət yaranacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər