Modern.az

Əli Həsənovun yerinə gətirilən sabiq səfir Modern.az-a DANIŞDI

Əli Həsənovun yerinə gətirilən sabiq səfir Modern.az-a DANIŞDI

19 Noyabr 2020, 11:58

Xəbər verdiyimiz kimi, Prezidentin sabiq köməkçisi və 2000-ci ildən etibarən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına rəhbərlik edən Əli Həsənov kafedranın müdiri vəzifəsindən azad edilib. Əli Həsənovun yerinə Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına Namiq Əliyev seçilib. 

 

Qeyd edək ki, hüquq elmləri doktoru, professor Namiq Əliyev Gürcüstan və Moldovada fövqəladə və səlahiyyətli səfir vəzifəsində çalışıb.

 

Namiq Əliyev Modern.az-a açıqlamasında pedaqoji fəaliyyətlə uzun illərdir ki, məşğul olduğunu bildirib:

 

“40 ilə yaxındır ki, pedaqoji təcrübəm var. Elmi-tədris məsələsində heç zaman dayanmamışam. 1979-cu ildə Bakı Ali Partiya məktəbinə gəldim. Sonra həmin məktəb Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu adlandı. İndi isə Dövlət İdarəçilik Akademiyasıdır”.

 

“Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının yeni müdiri 11 il Milli Məclisdə çalışdığını da deyib:

 

“1992-ci ildə Milli Məclisə getdim və müdafiə şöbəsinin  müdiri vəzifəsində çalışdım. 11 il orada işlədim. Sonralar isə Gürcüstan və Moldovada səfir oldum”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir