Modern.az

Daha bir universitet müəllimi koronavirusdan öldü

Daha bir universitet müəllimi koronavirusdan öldü

Allah rəhmət eləsi̇n

8 Dekabr 2020, 14:10

Azərbaycan Texniki Universitetinin (AzTU) Elektronika kafedrasının müdiri, professor Hüseyn Orucov koronavirusdan vəfat edib.

Bu barədə Modern.az-a Texniki Universitetinin mətbuat xidmətindən məlumat verilib.

Hüseyn Orucov 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib.

1990-cı ildən AzTU-nun Fizika kafedrasında baş müəllim, 1995-ci ildən dosent, 2009-cu ildən professor kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olub.

2010-cu ildə AzTU-nun Elektronika kafedrasına müdir təyin edilib.

2011-ci ildə yenidən bu vəzifəyə müsabiqə yolu ilə seçilərək ömrünün sonuna kimi işini davam etdirib.

120-dən artıq elmi əsərin, ali məktəb tələbələri üçün 2 dərslik, 4 dərs və metodiki vəsait, abituriyentlər üçün 1 test kitabının müəllifidir.

Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Hüseyn Orucov gənc alimlərin hazırlanmasında fəal iştirak edib.

Allah rəhmət eləsin!

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır