Modern.az

Tanınmış sığorta mütəxəssisi koronavirusdan öldü

Tanınmış sığorta mütəxəssisi koronavirusdan öldü

13 Dekabr 2020, 20:23

Tanınmış iş adamı, biznes məsləhətçisi, sığorta mütəxəssisi və təlimçisi Xəyal Məmmədxanlı koronavirus infeksiyasına yoluxmadan vəfat edib.

Modern.az-ın xəbərinə görə, bu barədə mərhumun dostu, sosial şəbəkə fəalı Çingiz Özgür məlumat verib.

Xəyal Məmmədxanlı 11 iyun 1978-ci ildə Naxçıvan MRŞahbuz rayonunun Kolanı kəndində ziyalı və həkim ailəsində anadan olub. Bakı Dövlət Universitetini beynəlxalq hüquq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
2000-2002-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində baş mütəxəssis və «Atəşgah» Sığorta şirkətində hüquqşünas vəzifəsində işləyib. Daha sonra «Beynəlxalq Sığorta Şirkəti» MMC-də, “AZFİNANSBANK” ASC-də, «AzSığorta» ASC-də, “ALFA SIĞORTA” ASC-də, “Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası" ASC-də, “Avesta” Konsernində müxtəlif vəzifələrdə çalışıb.
2020-ci ilin fevralında keçirilmiş növbədənkənar parlament seçkilərində 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa bitərəf namizəd olub.
Ailəli idi. 2 qız övladı var.

Allah rəhmət eləsin...

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi