Modern.az

XİN: Həlak olan gəmi kapitanının nəşi Azərbaycana gətiriləcək

XİN: Həlak olan gəmi kapitanının nəşi Azərbaycana gətiriləcək

Ölkə

16 İyul 2026, 20:45

Ukraynanın Odessa sahilləri yaxınlığında dron hücumu nəticəsində həlak olmuş Atlas Bey mülki ticarət gəmisinin kapitanı Səməd Nəsrullayevin nəşi aşkarlanaraq, Odessaya gətirilib.

Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Müvafiq zəruri tədbirlər yekunlaşan kimi cənazə ölkəmizə yola salınacaq. Həlak olan gəmi kapitanının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”, deyə məlumatda bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanlı politoloq Ukraynadan canlıda - Son durum! Nə baş verir?