Modern.az

Tramp futbol üzrə dünya çempionatının finalını izləyəcək

Tramp futbol üzrə dünya çempionatının finalını izləyəcək

İdman

16 İyul 2026, 23:32

ABŞ Prezidenti Donald Tramp futbol üzrə dünya çempionatının final oyununu stadiondan izləyəcək.

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.

Onun sözlərinə görə, Tramp cümə günü Nyu-Yorkda Manhettendə yerləşən "Trump Tower"də FIFA-nın şərəfinə təşkil olunacaq qəbulda iştirak edəcək.

Livitt bildirib ki, prezident daha sonra iyulun 19-da Nyu-Cersi ştatında keçiriləcək dünya çempionatının final oyununu stadiondan izləyəcək. Həlledici görüşdə İspaniya və Argentina yığmaları qarşılaşacaq.

Qeyd edək ki, Trampın final matçından sonra dünya çempionatının kubokunu qalib komandaya təqdim edəcəyi gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda xalq ayağa qalxdı - Putin təcili təyyarə göndərdi