Arxiv
16 Dekabr 2020, 14:32 | ALLAH RƏHMƏT ELƏSİN
Azərbaycanın ilk qadın pediatr alimi vəfat etdi

Azərbaycanın görkəmli alimi, tanınmış pediatr, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli akademik Ədilə Namazova ömrünün 94-cü ilində vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyasından bildirilib.

Azərbaycanın ilk qadın pediatr alimi, istedadlı pedaqoq, Ədilə Əvəz qızı Namazova 1926-cı ildə Ağdam rayonunda anadan olub. 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə Ağdam rayon mərkəzi xəstəxanasında başlayıb.

Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda pediatriya elminin dünya şöhrətli patriarxı akademik G.N.Speranskinin Uşaq xəstəlikləri kafedrasında aspirantura təhsilini alıb.

1965-ci ildən Azərbaycan Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsində çalışıb. Həmin il tibb elmləri doktoru dərəcəsini, 1966-cı ildə isə professor elmi adını alıb.

Professor Ə.Namazova 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifi idi.

Təbabətdə aktual elmi problemlərin araşdırılmasına, yeni elmi nailiyyətlər əldə etdiyinə, yüksəkixtisaslı mütəxəssislər hazırladığına görə Ə.Namazova 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilib. Ə.Namazova belə yüksək elmi ada layiq görülən ilk azərbaycanlı qadın alim olub. Həmçinin Rusiya Tibb Elmləri Akademiyasının və Rusiya Elmlər Akademiyasının üzvü olub. 1976-cı ildən Azərbaycan Pediatrlar Cəmiyyətinə sədrlik edib. 1983-cü ildə AMEA-nın həqiqi üzvü seçilib. 

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının, Ümumdünya Pediatrlar Assosiasiyasının rəyasət heyətlərinin üzvü, Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidenti, Avropa Pediatrlar Assosiasiyasının üzvü olub. Eyni zamanda SSRİ Ali Sovetinin deputatı seçilib.

Akademikin fəaliyyəti ölkə rəhbərliyi tərəfindən daima yüksək qiymətləndirilib. O, Azərbaycan SSR Dövlət mükafatına (1982), Əməkdar elm xadimi (1982) fəxri adına, “Şöhrət” (1996) və “Şərəf” (2011) ordenlərinə, “Akademik M.Topçubaşov mükafatına və medalı”na (2005), Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuna (2016), AMEA-nın “Akademik Mirəsədulla Mirqasımov mükafatı”na (2016), Rusiya Pediatrlar İttifaqının “Akademik G.Speranski medalı”na (2016) və digər mükafatlara layiq görülüb.

Xeyirxah və alicənab insan, görkəmli alim Ədilə Namazovanın parlaq xatirəsi onu tanıyanların qəlbində daima yaşayacaq.

Allah rəhmət eləsin!

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Vətən müharibəsi qəhrəmanlarına təqaüdlərin verilməsi BAŞLADI  18 Yanvar 2021, 11:38 Koronavirusa yoluxan Rəşid Mahmudov: “Yaxşıyam, lap dəf kimiyəm” 18 Yanvar 2021, 11:35 Uşaq bağçaları da açılır? 18 Yanvar 2021, 11:32 Türkiyə-Azərbaycan birgə təlimləri Ermənistanı QORXUYA SALDI 18 Yanvar 2021, 11:27 Baş Prokurorluq insan alveri ilə bağlı videoçarx hazırladı 18 Yanvar 2021, 11:25 Südün tərkibi və bioloji xüsusiyyətləri - MƏQALƏ 18 Yanvar 2021, 11:22 Ağdamın Xıdırlı kəndi - VİDEO 18 Yanvar 2021, 11:18 İcra başçısı Şəhid məzarlarını ziyarət etdi - FOTO 18 Yanvar 2021, 11:13 Oqtay Şirəliyevə vaksin vuruldu - VİDEO 18 Yanvar 2021, 11:08 Qazax sakinindən silah və narkotik götürüldü - FOTOLAR 18 Yanvar 2021, 11:04 Vahid Əhmədov: “Möhtəkirlər yenə də əhalini çətin vəziyyətdə qoyacaqlar” 18 Yanvar 2021, 10:59 Vaksin vurduran şəxslərə COVID-19 pasportu VERİLƏCƏK 18 Yanvar 2021, 10:56 Cəbrayıl və Qubadlıda daha 3 erməni hərbçinin cəsədi TAPILDI 18 Yanvar 2021, 10:53 Nazirlik 20 Yanvarla bağlı müraciət etdi 18 Yanvar 2021, 10:49 Polietilen torbaların ishtehsalı və satışı bu tarixdən tam qadağan olunacaq   18 Yanvar 2021, 10:44 Şuşada beşmərtəbəli binada YANĞIN 18 Yanvar 2021, 10:38 Yol polisi vətəndaşalara müraciət etdi 18 Yanvar 2021, 10:33 Prokuror olmaq istəyənlərin nəzərinə 18 Yanvar 2021, 10:28 Postlardan 4 min maşın geri qaytarıldı 18 Yanvar 2021, 10:23 Müharibədən qayıdan jurnalist: “Mən də könüllü yazılmışdım, atam da...” - MÜSAHİBƏ 18 Yanvar 2021, 10:21 Bu ölkədə hərbçilər evdən xidmət aparacaq – MARAQLI 18 Yanvar 2021, 10:16 Daha bir tanınmış həkim vəfat - FOTO 18 Yanvar 2021, 10:10 Xəzan bilməyən fəsildir şair ömrü   18 Yanvar 2021, 10:05 Miqrasiya xidməti əcnəbilərə müraciət etdi 18 Yanvar 2021, 10:00 Qərb Navalnının saxlanılmasını pislədi – Yeni sanksiyalar hazırlanır 18 Yanvar 2021, 09:55 Azərbaycanda koronavirus peyvəndləri birinci onlara VURULACAQ 18 Yanvar 2021, 09:49 Cəbrayıl polisi Bakı sakinlərini narkotiklə tutdu 18 Yanvar 2021, 09:48 Hay sürüsünün növbəti uydurma əsərinə aid mülahizələr - II HİSSƏ 18 Yanvar 2021, 09:43 Türkiyədə zəlzələ baş verdi 18 Yanvar 2021, 09:38 30 ildə Qarabağı talayan xarici şirkətlər - ADLAR 18 Yanvar 2021, 09:32 Neft yenidən ucuzlaşdı 18 Yanvar 2021, 09:26 Deputatlar işə çıxdılar 18 Yanvar 2021, 09:20 Millimizin heyəti açıqlandı 18 Yanvar 2021, 09:15 Dünyada koronavirusa yoluxanların sayı 95 milyonu keçdi 18 Yanvar 2021, 09:09 ABŞ Ukraynaya növbəti hərbi yardım göndərib 18 Yanvar 2021, 09:06