Modern.az

Universitetin professoru vəfat etdi

Universitetin professoru vəfat etdi

22 Dekabr 2020, 18:50

Azərbaycan Dövlət Pedaqoji Universitetin professoru, Filologiya fakültəsinin müəllimi Məhərrəm Hüseynov vəfat edib.

Modern.az-ın məlumatına görə, bu barədə mərhumun iş yoldaşları bildiriblər.

Məhərrəm Abbasəli oğlu Hüseynov 1945-ci il fevral ayı­nın 18-də Qərbi Azərbaycanın Göyçə mahalı Çənbərək bölgə­si­nin Şorca kəndində anadan olub. 1964-cü ildə orta məktəbi bitirib.

1964-1969-cu illərdə Azərbaycan Dövlət Univer­sitetinin Filologiya fakültəsində təhsil alıb. 1982-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Mirzə İbrahi­movun romanlarının dili və üslubu” mövzusunda na­mizəd­lik dissertasiyası, 2013-cü ildə isə doktorluq disserta­siyası müdafiə edib.

2014-cü ildən filologiya elm­ləri doktoru elmi dərəcəsi alıb.

1971-1975-ci illərdə Göyçə mahalının Ardanış və Ağbulaq orta məktəblərində müəllim işləyib. 1975-1989-cu illər ərzində İrəvan Dövlət Pedaqoji İnstitutunda baş müəllim və dosent, 1989-2001-ci illərdə Azərbaycan Texniki Univer­sitetində pedaqoji fəaliyyətini davam etdirib. Bu illər ərzin­də Bakı Özəl Türk Liseyində, Anadolu Türk Liseyində, “Araz” hazırlıq kursla­rında dərs deyib.

2001-ci ildən 2019-cu ilədək Azərbaycan Dövlət Pedaqoji Uni­ver­sitetində dosent və filolo­giya fakültəsinin dekan müavini işləyib.

13 kitabın və 100-dən çox elmi məqalənin müəllifidir.

Allah rəhmət eləsin...

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı