Modern.az

Parlamentdə müzakirəsi yarımçıq qalan qanun layihələri 

Parlamentdə müzakirəsi yarımçıq qalan qanun layihələri 

3 Yanvar 2021, 12:25

Parlamentin payız sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulan bəzi qanun layihələri yarımçıq qalıb.

 

Modern.az-ın xəbərinə görə, 2021-ci ilin büdcə zərfinin hökumət nümayəndələri ilə birgə, geniş formatda müzakirəsi və qəbul edilməsi bəzi qanun layihələrilə bağlı məsələni təxirə salıb. Buna baxmayaraq, həmin qanun layihələrinin parlamentin 2021-ci il yaz sessiyasında müzakirə ediləcəyi gözlənilir.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində baxılmalı olan “Daxili qoşunlar haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" qanun layihələri, eləcə də, Elm və təhsil komitəsində baxılmalı olan “Ali təhsil haqqında” qanun layihəsinin parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacağı istisna edilmir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir