Arxiv
17 Yanvar 2021, 11:59 | ÖLKƏ
HƏYƏCAN TƏBİLİ: Metsamorun tullantıları Azərbaycan ərazilərində basdırılıb? 

“Bu gün region üçün ən böyük təhlükə Metsamor AES-dır. Təəssüf ki, Metsamor AES bu gün fəaliyyətini davam etdirir”.

 

Bu fikirləri Modern.az-a Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov işğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyəti şərh edərkən bildirib. Komitə sədrinin sözlərinə görə, Metsamor AES-nın fəaliyyəti işimizi yarımçıq qoya bilər:

 

“Çünki Türkiyə sərhəddindən cəmi 16 km, Türkiyənin İşdır bölgəsindən 28 km, İranla 60 km, Gürcüstanla isə 110 km məsafədədir. Bizimlə Metsamor arasında 120 km məsafə var. Bu gün Dağlıq Qarabağı yenidən cənnətə çevirmək fikrindəyik. Qarabağa qoyulan investisiyalar onun inkişafına, dünyaya inteqrasiyasına səbəb olacaq. Ancaq Metsamorun fəaliyyəti təhlükə olduğundan işimizi yarımçıq qoya bilər”.

 

Sadiq Qurbanov Metsamor AES-nın seysmik zonada yerləşməsinə də diqqət çəkib: “Məsələnin birinci tərəfi Metsamor AES-nın seysmik zonada yerləşməsi və köhnə olması ilə bağlıdır. Metsamorun birinci bloku 1976-cı, ikinci bloku 1983-cü ildə istismara verilib.

 

Hətta həvəslənib 3 və 4-cü bloku da yaratmaq istəyirdilər. Lakin həmin ərazidə güclü zəlzələ olduğundan insan itkisi çox oldu. Ardınca Çernobıl hadisəsi baş verdi. Ona görə də 3-cü və 4-cü bloku saxladılar. Bu gün istifadə olunan reaktorlar birinci nəsil köhnəlmiş reaktorlardır. Digər tərəfdən onların yerləşdiyi yer seysmik zonadadır. Birinci nəsildə tikilmiş AES-rı nəzərə alsaq ki, 8 bal gücünə hesablanıb. 9 bal gücünə olsa nə olar?!

 

Üstəgəl bunlar köhnəlib. Köhnəlmə də əlavə problem yaradır. Ermənistan hökuməti 2014-cü ildə 2026-cı ilə qədər Metsamorun istismarını uzatdı. Qonşu dövlətdən istifadə üçün 270 milyon dollar pul alıb. Enerjiyə olan tələbatı ödəmək üçün əlavə 30 milyon qrant alıb. Bütün bunlar onu göstərir ki, orada hələ də təhlükə var”.

 

Parlamentari Metsamorun fəaliyyət göstərdiyi yerdə tullantıların olmasına da toxunub:

 

“Ermənistan iqtisadiyyatı imkan verə bilməzdi ki, o tullantıların zərərsizləşdirilməsi ilə məşğul olsun. Onlar mütləq işğaldan azad edilmiş ərazilərimizdə basdırılıb. Güman ki, bu məsələlər mütləq araşdırılmalıdır. Həmin tullantıların harada basdırılması üzə çıxmalıdır. Bu da ermənilərin hesabına həyata keçirilməlidir ki, cərimə də yazılsın. Ümumiyyətlə, tullantılar bərk halda basdırılıb, maye halında çaylarımıza axıdılıb”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lisey direktoru həbs edildi 25 Fevral 2021, 11:23 Ermənistan Rusiyanın köməyi ilə ordu islahatları aparacaq - Paşinyan 25 Fevral 2021, 11:21 Pakistanla Azərbaycana yeni aviareys açır 25 Fevral 2021, 11:20 İnsanın həyatını dəyişən KƏLAMLAR 25 Fevral 2021, 11:18 Ermənilərin talan etdiyi Qubadlının Yusifbəyli kəndi - VİDEO 25 Fevral 2021, 11:13 Deputat: “Cümşüd Nuriyev və onun tayları bu dövlətin inkişafını istəmirlər” 25 Fevral 2021, 11:08 Xocalı Soyqırımı Pakistan mətbuatında geniş şəkildə işıqlandırılıb - FOTOLAR 25 Fevral 2021, 11:03 Laçın SES-in bəndi Azərbaycanın nəzarətinə keçdi 25 Fevral 2021, 10:58 Müxalifət Yerevanın mərkəzi küçələrini bağladı 25 Fevral 2021, 10:53 Qışa hazır olmayan avtobusların sürücüləri cərimələndi 25 Fevral 2021, 10:50 Srebrenitsa anaları Azərbaycanda... 25 Fevral 2021, 10:45 Macarıstan hökumətinə Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb 25 Fevral 2021, 10:40 Nizami Gəncəvi Beynəlxalq Mərkəzi səmərəli fəaliyyəti ilə Azərbaycanın haqq işinə dəstəkdir   25 Fevral 2021, 10:37 "1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq" - gerçək tarixin müzakirəsi 25 Fevral 2021, 10:32 Bu rayonlarda 17 dərəcə şaxta olub 25 Fevral 2021, 10:29 BirBank vasitəsilə Mastercard ilə NFC ödənişlər etmək mümkün oldu 25 Fevral 2021, 10:28 Planeti koronavirusun üçüncü dalğası BÜRÜYÜB 25 Fevral 2021, 10:27 İsveçrədəki soydaşlarımız cenevrəli deputatlara çağırış ediblər 25 Fevral 2021, 10:23 Kiyevdə Xocalı soyqırımından bəhs edən film təqdim edilib 25 Fevral 2021, 10:20 Qarlı havada Bakıda ən çox qəza hansı yolda olub? - rəsmi cavab   25 Fevral 2021, 10:15 Həmkarlar Konfederasiyası daha 23 şəhid ailəsini himayəyə götürüb 25 Fevral 2021, 10:10 Bakının yolları səhərə kimi qardan təmizlənib - FOTOLAR 25 Fevral 2021, 10:05 Azərbaycan nefti 67 dollara yaxınlaşır 25 Fevral 2021, 10:00 Əsas avtomobil yollarında son VƏZİYYƏT 25 Fevral 2021, 09:54 Yol qəzalarında 1 nəfər ölüb, 17 nəfər yaralanıb   25 Fevral 2021, 09:48 13 evdən 40 min manatlıq oğurluq edənlər saxlanıldı 25 Fevral 2021, 09:42 Koronavirusa yoluxanların sayı 13 milyonu keçdi 25 Fevral 2021, 09:36 "Brent" neftin qiyməti BAHALAŞDI 25 Fevral 2021, 09:30 Hava şəraiti ilə əlaqədar yollarda 41 qəza baş verib 25 Fevral 2021, 09:24 Bəzi məktəblərdə dərslər təxirə SALINDI 25 Fevral 2021, 09:18 Həbsdən çıxan mayor birinci əsgərlərini soruşdu 25 Fevral 2021, 09:12 İlham Əliyevdən Ərdoğana ad günü TƏBRİKİ 25 Fevral 2021, 09:06 Qarda yıxılaraq xəsarət alanların sayı 64 nəfərə çatdı 25 Fevral 2021, 09:00 Banklarda bu günə olan valyuta məzənnəsi 25 Fevral 2021, 08:59 Myanmada güclü zəlzələ 25 Fevral 2021, 08:54